• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bu ölkənin futbolu üçün hansı komanda nə iş görüb? - Avrokubokların startı ərəfəsində özəl statistika

Ölkə futbolu / Manşet

11-07-2023, 13:0

Artıq bu gün növbəti avrokubok mövsümünün startını yaşamağa başlayacağıq. Ənənəyə uyğun olaraq, əvvəlcə Çempionlar Liqasının iştirakçıları, yəni həm də “Qarabağ” meydana çıxacaq. Ayın sonunda isə “Sabah”, “Neftçi” və “Qəbələ” də qitəyə gücünü göstərməyə çalışacaq.

"Football-plus.az" xəbər verir ki, bu komandalardan üçünün zəngin avrokubok təcrübəsi var, “Sabah” isə debütant olsa da, ən azı autsayder deyil. Beləliklə, avrokubokların startı ərəfəsində özəl statistikamızı təqdim edirik.

Aşağıdakı cədvəllərə, rəqəmlərə baxanda hansı klubların və hansı futbolçuların qitədə ad çıxarmağımız yolunda necə çalışdığı açıq-aydın görünür. Çox ibrətamiz məqamlar var. Məsələn, 27 mövsümün yalnız üçündə qələbələrin sayı məğlubiyyətlərin sayından çox olub, dördündə isə top fərqində müsbət saldoya nail olmuşuq. Ölkə klubları hər mövsümdən statistikanı yaxşılaşdırmaq imkanı kimi yararlanmalı, əmsallar cədvəlindəki hesabımızı zənginləşdirməyi də unutmamalıdı. Hər klubun özü üçün konkret hədəf müəyyənləşdirməsi də yaxşı olardı. Tutaq ki, “Qarabağ” bu il 65-ci, “Neftçi” 30-cu, “Qəbələ” 15-ci qələbəsini qazanmağa çalışmalıdı. İllik qol sayı tempi hələlik rəqib qapılarından 500-cü topu keçirəcəyimizə ümid verməsə də, ən azı 450-yə çatmaq olar. Bir sözlə, rəqəmlərin cazibə qüvvəsi altında yeni avrokubok mövsümünün həyəcanını yaşamağa dəyər. Ümid edirik ki, klublarımız bu mövsümü hər kəs üçün unudulmaz edəcək.

30-cu mövsüm: 28-ci start

Azərbaycan üçün 28-ci avrokubok mövsümü başlayır. Halbuki bu, 30-cu mövsüm də ola bilərdi. Daha doğrusu, avrokuboklara buraxıldığımız vaxtdan bəri 30-cu mövsüm baş tutacaq. Təəssüf ki, ölkədaxili futbol müharibəsi üzündən iki dəfə - 2002/03 və 2003/04 mövsümlərində təmsilçilərimiz avrokuboklara buraxılmayıb. 2001/02 mövsümünün yarımçıq qalması, ardından 2002/03 mövsümündə ölkədaxili yarışların keçirilməməsi belə duruma səbəb olub. Yəni bu gün Azərbaycan üçün 28-ci start gerçəkləşəcək.

mövsüm kom. sayı o q h m t-f nisbət
1994/95 1 2 0 0 2 0-7 -7
1995/96 2 4 0 1 3 1-12 -11
1996/97 3 6 1 2 3 5-20 -15
1997/98 3 6 0 0 6 0-20 -20
1998/99 4 8 1 0 7 4-25 -21
1999/00 4 10 2 0 8 6-22 -16
2000/01 4 10 2 0 8 9-25 -16
2001/02 4 8 0 1 7 1-14 -13
2002/03 0 0 0 0 0 0-0 0
2003/04 0 0 0 0 0 0-0 0
2004/05 4 12 4 1 7 6-17 -11
2005/06 4 10 4 0 6 10-18 -8
2006/07 4 10 4 2 4 6-9 -3
2007/08 4 8 1 4 3 7-11 -4
2008/09 4 14 3 5 6 11-18 -7
2009/10 4 16 4 4 8 15-27 -12
2010/11 4 14 6 4 4 16-14 2
2011/12 4 12 3 5 4 13-14 -1
2012/13 4 22 5 11 6 29-26 3
2013/14 4 18 8 4 6 16-22 -6
2014/15 4 24 9 6 9 27-27 0
2015/16 4 34 8 14 12 28-36 -8
2016/17 4 34 11 7 16 38-42 -4
2017/18 4 24 10 5 9 28-29 -1
2018/19 4 20 7 3 10 17-28 -11
2019/20 4 24 9 5 10 40-34 6
2020/21 4 14 4 3 7 16-17 -1
2021/22 4 26 9 7 10 29-41 -12
2022/23 4 24 9 6 9 33-29 4
cəmi 414 124 100 190 411-604 -193

Avropada 21-ci debütant

Bu gün start götürəcək avrokubokların təsnifat mərhələsində Azərbaycanı dörd klub təmsil edəcək. “Qarabağ” Çempionlar Liqasına 1-ci, “Neftçi”, “Qəbələ” və “Sabah” Konfrans Liqasına 2-ci mərhələdən başlayacaq. Üç klub dəfələrlə avrokubokların iştirakçısı olsa da, yuxarıda da vurğuladığımız kimi, “Sabah” qitə arenasında debüt edəcək. “Sabah” ölkəmizin Avropa miqyaslı turnirlərdəki 21-ci komandası olacaq. Xatırladaq ki, indiyədək 20 təmsilçimiz qitə səhnəsinə çıxıb. “Qarabağ” hamıdan çox – 158, “Neftçi” 78, “Qəbələ” 40 oyun keçirməklə bu göstəricidə ilk üç sırada qərarlaşıb. Aşağıdakı siyahıda komandalar oyun sayına görə yox, nəticələrinə görə sıralanıb.

yer komanda o q h m t-f nisbət
1. Qarabağ 158 57 42 59 174-193 -19
2. Neftçi 78 25 19 34 89-120 -31
3. Şamaxı 39 16 11 12 45-45 0
4. Qəbələ 40 11 7 22 39-60 -21
5. Bakı 18 4 5 9 16-31 -15
6. Xəzər Lənkəran 18 2 7 9 14-33 -19
7. Zirə 6 2 2 2 5-7 -2
8. Kəpəz 14 2 1 11 6-30 -24
9. Karvan 6 2 1 3 3-6 -3
10. MKT-Araz 4 1 1 2 1-3 -2
11. ANS Pivani 2 1 0 1 1-1 0
12. Şəmkir 10 1 0 9 7-21 -14
13. Şüvəlan 4 0 2 2 3-5 -2
14. Xəzri 2 0 1 1 2-11 -9
15. Sumqayıt 3 0 1 2 0-4 -4
16. Turan 2 0 0 2 0-7 -7
17. Viləş 4 0 0 4 2-10 -8
18. Şəfa 2 0 0 2 0-7 -7
19. Simurq 2 0 0 2 0-4 -4
20. Səbail 2 0 0 2 4-6 -2

49-cu: qarşılaşmadığımız 5 ölkə qalacaq

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Linkoln” təmsilçilərimizlə görüşəcək ilk Cəbəllütariq komandasıdır. Azərbaycan klublarının 1994-cü ildəki debütündən indiyədək 48 ölkə təmsilçiləri ilə qarşılaşmışıq. Cəbəllütariq bu siyahıya 49-cu kimi düşəcək. Sual yarana bilər ki, hansı ölkənin təmsilçiləri ilə daha çox üz-üzə gəlirik? Birmənalı cavab Polşadı. Bu ölkənin klubları 27 matçda rəqibimiz olub. Moldovalılarla 21, israillilərlə 20 dəfə qarşılaşmışıq. Amma hələ də yollarımızın kəsişmədiyi ölkələr var. Klublarımız yalnız UEFA üzvü olan 5 ölkənin təmsilçiləri ilə görüşməyib. Bunlar Kosovo, Andorra, San Marino, Lixtenşteyn və Ermənistandı.

ölkə o q h m t-f nisbət
Polşa 27 7 5 15 28-56 -28
Moldova 21 9 7 5 31-19 12
İsrail 20 2 7 11 13-41 -28
Gürcüstan 18 9 2 7 29-23 6
C.Kipr 16 6 6 4 22-19 3
Serbiya 16 3 5 8 15-18 -3
Fransa 14 2 4 8 10-24 -14
Sloveniya 14 4 3 7 9-17 -8
Yunanıstan 14 3 7 4 11-9 2
Şimali Makedoniya 13 6 4 3 16-9 7
Avstriya 12 5 0 7 10-23 -13
Çexiya 12 0 5 7 5-23 -18
Belçika 12 5 1 6 10-19 -9
Finlandiya 10 4 3 3 10-12 -2
Slovakiya 10 4 0 6 9-15 -6
Rusiya 10 2 1 7 7-16 -9
Almaniya 10 0 1 9 6-24 -18
Lüksemburq 10 6 2 2 15-10 5
Albaniya 9 2 6 1 6-2 4
Rumıniya 8 1 1 6 8-19 -11
İsveçrə 8 3 2 3 11-15 -4
İtaliya 8 0 2 6 6-17 -11
Malta 8 5 1 2 13-8 5
İspaniya 8 0 3 5 2-11 -9
Macarıstan 8 5 1 2 14-13 1
Türkiyə 7 0 0 7 3-22 -19
Litva 6 4 1 1 14-5 9
Ukrayna 6 2 0 4 3-8 -5
İslandiya 6 3 1 2 9-7 2
Monteneqro 6 2 3 1 6-4 2
İsveç 6 4 0 2 7-2 5
İngiltərə 6 0 0 6 1-18 -17
Norveç 5 2 2 1 2-2 0
Bolqarıstan 4 1 1 2 2-9 -7
Latviya 4 1 0 3 5-5 0
Danimarka 4 1 0 3 2-12 -10
Bosniya və Hersoqovina 4 1 0 3 2-7 -5
Xorvatiya 4 0 2 2 2-7 -5
Niderland 4 0 3 1 2-4 -2
Belarus 4 0 2 2 3-5 -2
Estoniya 4 3 1 0 11-2 9
Şotlandiya 4 2 1 1 4-2 2
Şimali İrlandiya 4 2 1 1 7-6 1
Uels 2 0 0 2 0-3 -3
Farer adaları 2 0 2 0 1-1 0
Portuqaliya 2 0 0 2 1-8 -7
İrlandiya 2 1 1 0 4-1 3
Qazaxıstan 2 2 0 0 4-2 2

5 turnir, 414 oyun

Azərbaycan klubları indiyədək 5 müxtəlif turnirdə çıxış edib. Çempionlar Liqası, əvvəllər UEFA kuboku adlanan Avropa Liqası və Konfrans Liqası ilə yanaşı, artıq tarixin yaddaşına köçən iki yarışda da təmsilçimiz olub. Söhbət Kuboklar Kuboku ilə İntertoto kubokundan gedir. Təəssüf ki, bu iki turnirlə bağlı statistikanı yaxşılaşdırmaq imkanımız yoxdu.

turnir o q h m t-f nisbət
Avropa Liqası 257 73 60 124 261-387 -126
Çempionlar Liqası 93 31 28 34 98-113 -15
Konfrans Liqası 30 11 7 12 32-46 -14
İntertoto kuboku 26 9 3 14 19-41 -22
Kuboklar Kuboku 8 0 2 6 1-17 -16

UEFA reytinqindəki rekord

Azərbaycan avrokuboklarda debüt etdiyi vaxtdan UEFA reytinqinə də daxil edilib. Burda klublarımızın nəticələrinə əsasən əmsallar qazanılıb. Ölkəmizin avrokuboklardakı ilk 5 mövsümündən sonra hesablama sistemi dəyişib və təsnifat mərhələlərindəki xalların dəyəri yarıya endirilib. Burda rekordumuz 4,375-di. Buna üç dəfə təsadüf olunub.

il reytinq
1994/95 0,000
1995/96 0,500
1996/97 1,333
1997/98 0,000
1998/99 0,000
1999/2000 0,333
2000/01 0,666
2001/02 0,166
2002/03 -
2003/04 -
2004/05 0,500
2005/06 1,333
2006/07 1,333
2007/08 0,666
2008/09 0,666
2019/10 1,500
2010/11 2,000
2011/12 1,375
2012/13 3,000
2013/14 2,500
2014/15 3,625
2015/16 4,375
2016/17 4,250
2017/18 4,375
2018/19 2,375
2019/20 3,375
2020/21 2,500
2021/22 4,375
2022/23 4,000

Maksim mütləq rekordçudu

Azərbaycan klublarının heyətində ən çox avrokubok matçına çıxan futbolçu Maksim Medvedevdi. “Qarabağ”ın müdafiəçisinin hesabında 119 oyun var. Onun ən yaxın izləyiciləri Rəşad Sadıqovla Qara Qarayev də 100 həddini keçib. 50 və daha çox qarşılaşmada iştirak edənlərin sayı isə 11-di.

yer futbolçu oyun
1. Maksim Medvedev 119
2. Rəşad Sadıqov 108
3. Qara Qarayev 107
4. Riçard Almeyda 88
5. Bədavi Hüseynov 77
6. Rəşad Sadiqov 71
7. Ansi Aqolli 69
8. Abdulla Zubir 66
9. Filip Ozobiç 65
10-11. Miçel 50
Mahir Emreli 50

Bəs bombardirlər kimdi?

Futbolun bəzəyi də, meyvəsi də, bir sözlə, hər şeyi qol yoxdu. Qapılara qol vurulmayanda ən maraqlı oyun da adama yarımçıq görünür. Azərbaycan klublarının avrokuboklardakı ən məhsuldar oyunçusu Reynaldo Silvadı. “Qarabağ”ın sabiq legioneri 11 qol vurub. Braziliyalını hərəyə 10 dəfə fərqlənən Abdulla Zubirlə Filip Ozobiç izləyir. Elə bu mövsüm liderin dəyişməsi ehtimalı tam realdı. Ümumilikdə 11 futbolçu 7 və ya daha artıq qol vurub.

yer futbolçu qol
1. Reynaldo Silva 11
2-3. Abdulla Zubir 10
Filip Ozobiç 10
4. Kadi Borges 9
5-8. Riçard Almeyda 8
Rəşad Sadiqov 8
Dani Kintana 8
Emin Mahmudov 8
9-11. Rəşad Sadıqov 7
Miçel 7
Əfran İsmayılov 7

Qurban Qurbanov çox üstündü

Doqquz baş məşqçi Azərbaycan klublarını 10 və ya daha çox avrokubok oyununa çıxarıb. Bu göstəricidə mütləq rekordçu Qurban Qurbanovdu. “Neftçi” və “Qarabağ” onun rəhbərliyi altında 146 matç keçirib. Qurbanovun 8 ən yaxın izləyicisinin ümumi oyun sayı da onun göstəricisindən aşağıdı.

yer turnir o q h m t-f nisbət
1. Qurban Qurbanov 146 57 40 49 172-159 13
2. Roman Qriqorçuk 32 9 7 16 35-43 -8
3. Böyükağa Hacıyev 26 5 11 10 27-35 -8
4. Ağasəlim Mircavadov 20 4 3 13 15-42 -27
5. Kaxaber Sxadadze 16 8 3 5 23-15 8
6-9. Kazbek Tuayev 10 2 2 6 4-19 -15
Mehman Allahverdiyev 10 1 0 9 5-27 -22
Böyükağa Ağayev 10 4 1 5 7-18 -11
Zaur Svanadze 10 4 4 2 12-10 2

16 ev stadionu: ikisi xaricdə

Azərbaycan klubları indiyədək rəqiblərini 16 müxtəlif stadionda qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda daha çox belə matç keçirilib. Burda 110 qarşılaşma təşkil olunub.

Komandalarımız ölkənin 14 müxtəlif stadionunda avrokubok görüşünə çıxıb. Təmsilçilərimiz 4 dəfə rəqiblərini başqa ölkədə qonaq edib. Üç dəfə Türkiyə, bir dəfə Cənubi Kipr ev oyunumuza “qucaq açıb”.

T. Bəhramov adına Respublika stadionu 110
Bakcell Arena 30
Dalğa Arena 19
ASK Arena 15
Bakı Olimpiya Stadionu 8
Lənkəran 6
Qəbələ 5
M.Hüseynzadə adına Sumqayıt 3
Bayıl Arena 3
Başakşəhər Fatih Terim 3
Gəncə 2
Kapital Bank Arena 2
Şəmkir 1
İmişli 1
AZAL Arena 1
Larnaka, AEK Arena 1

Əsas mərhələdə 76 oyun

Azərbaycan klubları 2012/13 mövsümünə qədər avrokubokların yalnız təsnifat mərhələlərində oynayıb. “Neftçi” ilk dəfə qrupa düşməklə cığıraçan oldu. Son 11 ildə təmsilçilərimiz əsas mərhələdə oynamaq imkanı qazanıb. “Neftçi”, “Qarabağ” və “Qəbələ” qrup mərhələsində oynamağı bacarıb. Ağdam klubu son iki ildə qrup səddini də keçərək pley-offa adlayıb.

turnir o q h m t-f nisbət
qrup 72 11 19 42 60-120 -60
pley-off 4 1 0 3 2-7 -5

Avrokuboklarda yubiley qollarımız

Azərbaycan klubları avrokuboklardakı 414 oyunda 411 qol vurub. Belə baxanda yaxşı göstərici deyil, yəni hər oyuna bir qol düşmür. 400-cü – yubiley qolu ötən mövsümə təsadüf edib. İlk qolu “Kəpəz”in, 100-cü, 200-cü, 300-cü və 400-cü qolları isə “Qarabağ”ın futbolçuları vurub.

1. Yadigar Süleymanov (UEFA kuboku, 22.08.1995, “Austriya” – “Kəpəz”)
100. Vüqar Nadirov (Avropa Liqası, 30.06.2011, “Banqa” – “Qarabağ”)
200. Riçard Almeyda (Avropa Liqası, 26.08.2015, “Yanq Boyz” – “Qarabağ”)
300. Dani Kintana (Çempionlar Liqası, 17.07.2019, “Qarabağ” – “Partizani”)
400. İbrahima Vaci (Çempionlar Liqası, 09.08.2022, “Ferentsvaroş” – “Qarabağ”)

Qeyd: Nəticəsi ləğv olunan oyunlar nəzərə alınmayıb. Texniki nəticələr top fərqinə daxil edilməyib. Penalti seriyası nəzərə alınmayıb, oyunların 90 və ya 120 dəqiqəsinin nəticəsi əsas götürülüb.

Sonradan adını dəyişən komandalar sonuncu adı ilə göstərilib. Sabiq Yuqoslaviya təmsilçisi olan “Srvena Zvezda” siyahıda Serbiya klubu kimi göstərilib.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

16-05-2023, 13:0

Azərbaycan klubları avrokubok oyunları üçün seçimlərini etdi

Dünya futbolu

8-06-2022, 22:0

Üç klub püşkatmaya qatılacaq nümayəndəni müəyyənləşdirib

Avrokuboklar

16-06-2023, 22:0

İspaniya və İngiltərə 8 komanda ilə başlayacaq

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Aktual
Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
“Zirə” də Sumqayıta sığınacaq?
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Son xəbərlər
  • Bu gün, 13:49
    Adi yay, qeyri-adi qeyri-müəyyənlik
  • Bu gün, 13:25
    Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
  • Bu gün, 13:06
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 12:54
    Avram ölkəsinə qayıtdı, çempionla anlaşdı
  • Bu gün, 12:23
    Acun Ilıcalı “Hall Siti” fanatlarına Antalyada istirahət şansı yaratdı
  • Bu gün, 11:51
    "Şamaxı"nın sabiq futbolçusu Ermənistan klubunda
  • Bu gün, 11:20
    Millimiz Alikantedə İspaniya ilə üz-üzə
  • Bu gün, 10:59
    “Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram” - İraola “Liverpul”un baş məşqçisi kimi ilk müsahibəni verdi
  • Bu gün, 10:28
    “Zirə” də Sumqayıta sığınacaq?
  • Bu gün, 09:57
    Türkiyə turnirə məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 251
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 250
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 218
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə