Finlandiyanın Tampere şəhərində keçirilən Veteranların Avropa Oyunlarında təmsilçimiz Sadıq Sadıqov uğurlu nəticələrlə yadda qalıb.
"Football-plus.az" xəbər verir ki. məlumatı federasiyanın mətbuat xidməti yayıb.
Sadıqov 65 yaşlı kişilər kateqoriyasında 400 və 1500 metr məsafələr üzrə qaçışda mübarizə aparıb. Veteran atletimiz 1500 metr məsafəyə qaçışda 5:56.46 dəqiqə göstərici ilə yarışın qalibi olub. Sadıqov 400 metr məsafəyə qaçışda isə 1:12.82 dəqiqə nəticə ilə 2-ci yeri tutub.