Daha bir portuqaliyalı futbolçu “Qarabağ”ın maraq dairəsindədi

6.07.2023 15:55 3 252
Ölkə futbolu / Manşet
“Qarabağ” 2023/24 mövsümünün hazırlığını davam etdirir. Ağdam təmsilçisi Musa Qurbanlının gedişindən sonra transfer çalışmalarını sürətləndirib. “Köhlən atlar” Portuqaliyadan daha bir futbolçu transfer etmək niyyətindədi.

Bununla bağlı “Football-plus.az”a maraqlı informasiya daxil olub. Ağdamlılar “Maritimu”nun üzvü Andre Vidiqalla yaxından maraqlanır. Futbolçunun klubu ilə 2024-cü ilə qədər müqaviləsi var. 24 yaşlı oyunçu sağ və sol vinger kimi çıxış edə bilir.

2016-ci ildə peşəkar karyerasına başlayan Vidiqal “Koimbra”, “Fortuna Sittard”, APOEL və “Eştoril”də də top qovub.

İLKİN SULTANLI