Məşhur futbolçu B seriyasında oynayacaq

31.07.2022 21:10 404
Dünya futbolu
Fransesk Fabreqasın yeni iş yeri böyük ölçüdə müəyyənləşib.

Football-plus.az xəbər verir ki, bu yay azad agent kimi “Monako”dan ayrılan məşhur futbolçu İtaliyada çıxış edəcək.

Maraqlıdı ki, daha əvvəl “Arsenal”, “Barselona” və “Çelsi”də oynayan 35 yaşlı yarımmüdafiəçi İtaliyanın B seriyasında oynayacaq. Jurnalist Canluka Di Martsionun məlumatında Fabreqasın “Komo” ilə 2 illik müddətə anlaşdığı bildirilir.