AFFA-nın bayrağı altında keçirilən, 2022/23 mövsümünü əhatə edən bütün yarışlar sona çatıb.
Futbolun inkişafı istiqamətində çalışan klubların aşağı yaş qrupları üzrə komandalarının çıxış etdiyi turnirlərin nəticələri maraqlıdı.
"Football-plus.az" saytı olaraq bu mövzuda dəqiq fikir yürüdə bilmək üçün statistikaya nəzər salmağı lazım bildik.
Gənclər Liqası: Qəbələ, Neftçi, Sabah
U-17 liqası: Sabah, Qəbələ, Sumqayıt
U-16 liqası: Sabah, Sumqayıt, Neftçi
U-15 liqası, A: Sabah, Neftçi, Sumqayıt B: Zirə, Şamaxı, EFA C: Araz Naxçıvan, Kəngərli, Arpaçay
U-14 liqası: Qarabağ, Sabah, Neftçi
U-13 liqası: Sabah, Neftçi, EFA
Aydın olur ki, ötən "futbol ili"ndə premyer-liqa klublarından "Sabah"ın akademiyası daha uğurlu nəticələrlə yadda qalıb. Masazırlılar 4 liqa üzrə qızıl medallara yiyələniblər. Onların hesabında 1 gümüş və 1 bürünc medal da var. "Qəbələ" 1 qızıl, 1 gümüş, "Neftçi" 1 qızıl, 2 gümüş, 2 bürünc, "Sumqayıt" 1 gümüş, 2 bürünc, "Şamaxı" 1 gümüş, "Zirə", "Qarabağ" və "Araz Naxçıvan" isə 1 qızıl medala sahib çıxıb.
KƏNAN BAHADIR