Heyətin 50 faizi qalıb, sponsorlarla danışıq gedir

1.07.2023 17:11 335
Aktual / Liqalar
Bu yay ölkə futbolunda ilklə yadda qalacaq. Belə ki, 2-ci liqa start götürəcək. Həmin çempionatda çıxış edəcək komandalardan biri də "Füzuli"di.

Bəs Qarabağ təmsilçisinin hazırlıq planları necədi?

"Füzuli"nin baş məşqçisi Vasif İsmayılov yeniliklərlə bağlı "Football-plus.az" saytına danışdı:

"10 günə toplaşacağıq. Heyətin 50 faizini saxlamışıq. Bəzi futbolçularımız çimərlik yığmamızın heyətindədi. Hazırda rəhbərliyimiz sponsorlarla danışıqlar aparır. Əvvəllər dediyim kimi peşəkarlaşmaq və iddialı olmaq istəyiriksə, yalnız AFFA-nın ayırdığı pulla kifayətlənməməliyik.

Maliyyə şərtləri istədiyimiz kimi olsa, Elşad Manafov, Aqşin Paşayev, Məhəmməd Xəlilov kimi təcrübəli futbolçuları saxlamaqla yanaşı, başqa təcrübəli oyunçular da cəlb edəcəyik. Yox, maliyyəmiz zəif olacaqsa, qoruduğumuz heyətlə yanaşı, gənc futbolçularla çempionatda çıxış edəcəyik".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul