Region Liqasında çempionluğa və 1-ci divizionda çıxış etməyə iddialı olan "Füzuli" heyətini gücləndirəcək.
Bunu "Football-plus.az" saytına açıqlamasında komandanın baş məşqçisi Vasif İsmayılov söylədi. Mütəxəssisi dinləyək:
"Bildiyiniz kimi, qarşıda pley-off oyunları var. Əsas məqsədimiz finalda oynamaq və növbəti mövsüm 1-ci divizionda çıxış etməkdi. Bunun üçün heyəti gücləndirməliyik. Bu gün "Neftçi-2" ilə yoxlama görüşü keçirdik, zəif tərəflərimizi gördük. Bəzi mövqelərdə ciddi çatışmazlığımız var. Üç transfer etməyi planlaşdırırıq. Heyətimizə 1 qapıçı, 1 stoper və orta xətt oyunçusu cəlb etməyi düşünürük. Yaxın günlərdə bu istəyimizi gerçəkləşdirmək istəyirik".
ABDULLA İSMAYILOĞLU