“Əl-Hilal” üç əfsanə ilə güclənəcək?

31.05.2023 23:48 230
Dünya futbolu
“Əl-Hilal” yayda Lionel Messi (PSJ), Anxel Di Mariya (Yuventus) və Serxio Busketslə (Barselona) müqavilə bağlayacaq. Bu barədə futbol analitiki Xalid Əl-Şenaif bildirib.


"Football-plus.az" xəbər verir ki, o, bu fikirlərini SBC proqramında söyləyib. Nüfuzlu “Marca” qəzetinin baş redaktoru Feliks Dias isə məlumatı təsdiqləyib:
“Əl-Hilal” Messi, Di Mariya, Buskets və Albanı transfer etməyə yaxındır. Sizi əmin edirəm ki, Messi “Barselona”ya getməyəcək. Onun Di Mariya ilə “Əl-Hilal”a gəlişi an məsələsidi. Messinin atası oğlunun “Barselona”ya qayıtmasının çətin olacağını deyib. PSJ tezliklə Lionelin getdiyini elan edəcək. O, “Əl-Hilal”a gedəcək”.