Müstəqillik illərində ölkə futbolunun tarixinə möhürünü vuran bir çox klub prezidenti olub. Bəziləri dünyasını dəyişsə də, bu gün həyatda olanlar da var. “Şəmkir”in prezidenti Şahbaz Süleymanovu, artıq tarixin yaddaşına köçmüş “Bakı”nın xələfi olan “Dinamo”nun prezidenti Əyyam Musayevi, ötən əsrin 90-cı illərində “Kəpəz”in uğur qazanması üçün əlindən gələni edən Rza Məmmədovu futbolsevərlər bu gün də sevə-sevə xatırlayır.
"Football-plus.az" xatırladır ki, ötən əsrin 90-cı illərində şəxsi vəsaiti hesabına futbola sərmayə yatıranlardan biri də Rasim Rəfiyev idi. Rəfiyev 1994-ci ildə - Azərbaycanın iqtisadi durumunun ağır olduğu vaxtlarda maliyyə böhranı keçirən "Neftçi"ni himayəyə götürdü. Məhz onun prezidentliyi dönəmində maddi sıxıntıları aradan qalxan komanda 1994/95 mövsümündə bürünc medalı qazanmaqla yanaşı, həm də kuboka və superkuboka sahib oldu. Növbəti ildə isə “ağ-qaralar” tarixində ilk dəfə “qızıl dubl” etdi.
Bugünlərdə Rasim bəyin 75 illik yubileyi qeyd olunacaq. Əldə etdiyimiz məlumata görə, “Neftçi” rəhbərliyi adını klubun tarixinə qızıl hərflərlə yazdırmış prezidenti yad etmək üçün yubiley tədbiri təşkil etməyi düşünür. Məsələyə aydınlıq gətirmək, tədbir barədə məlumat üçün “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Rstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi söylənilənləri təsdiqlədi: