“Məqsədimiz daha da peşəkarlaşmaqdı” - AÇIQLAMA

12.06.2023 21:30 307
Ölkə futbolu / Manşet
Hazırda gündəmdə olan məsələlərdən biri də Region Liqasından 1-ci və 2-ci diviziona hansı komandaların gələcəyidi.

Bu məsələrə AFFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcəyi gözlənilir. Görəsən, “Neftçala” bu liqada çıxış etmək istəyir. Gəlin, komandanın baş məşqçisi Fəxrəddin Mürvətovun fikirlərini dinləyək:

"Əvvələr də qeyd etmişdim, biz ənənəsi, kökü olan komandayıq. Həm premyer-liqa, həm də 1-ci divizion təcrübəmiz var. Məqsədimiz daha da peşəkarlaşmaqdı. 1-ci divizionda çıxış etmək üçün müraciət etmişik. Necə qərar veriləcəyini bilmirik. Alınmasa, 2-ci divizonda da oynaya bilərik".


ABDULLA İSMAYILOĞLU