Renat Dadaşovun yeni baş məşqçisi

10.06.2023 14:33 210
İdman
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İsveçrə "Qrasshopper"inin yeni baş məşqçisi bəlli olub.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə komandanın sabiq müdafiəçisi Bruno Berner təyinat alıb.

46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, 2023/2024 mövsümündən komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Renat Dadaşov Sürix təmsilçisinə ötən ilin iyulunda keçib.