• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kriştiano Ronaldonu Səudiyyə Ərəbistanında ən çox nə təəccübləndirib? - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

5-06-2023, 18:0

Səudiyyə Ərəbistanındakı ilk mövsümü Kriştiano Ronaldo üçün uğurlu saymaq çətindi.

“Football-plus.az” xəbər verir ki, portuqaliyalı superulduz dekabrın sonlarında transfer olunduğu “Əl-Nəssr”də mövsümü titulsuz başa vurdu. Halbuki o, 3 titul qazana bilərdi. Bombardirlər yarışını isə Ronaldo 16 oyunda 14 qol vurmaqla 5-ci pillədə bitirdi. Bu yarışın qalibi 26 oyuna 21 dəfə fərqlənən “Əl-İttihad”ın 32 yaşlı mərakeşli forvardı Abderrazzaq Hamed Allah oldu. Mayın 31-də Səudiyyə Ərəbistanı çempionatına yekun vuruldu. Çempion ola bilməyəcəyi sona bir tur qalmış dəqiqləşən “Əl-Nəssr” son turda “Ə-Fateh”i 3:0 hesabıyla darmadağın etdi. Ronaldo zədə üzündən bu oyunda iştirak etmədi. Əvəzində o, yerli kanallardan birinə müsahibə verməyə vaxt tapdı. 38 yaşlı futbolçu Səudiyyə Ərəbistanındakı həyatından, hədəflərindən və başqa məqamlardan danışıb.

- Ölkəmizdə ilk mövsümü başa vurduz. Təəssüratlarınız necədi? Əsas hədəfə çata bilmədiz...
- Futbolda işlər heç də həmişə istədiyimiz və ya arzuladığımız kimi getmir. Ona görə də bəzi anlarda səbirli olmalı, soyuqqanlılığı, sabitliyi, əzmkarlılığı qorumalıyıq. Hədəfə çatmaq üçün bunlar vacibdi. Mənim burda olduğum 5 aya nəzər salsaq, fikrimcə, həm bizim kollektiv, həm digər klublar, həm də ümumilikdə çempionatın özü güclənib. Düzdü, çempion ola bilmədik. Amma inamımızı itirməsək, gələn mövsüm mütləq çempion olacağıq. İlk mövsümü titulsuz bitirmək planlarıma daxil deyildi. Ən azı 1 titul qazanacağımıza ümid edirdim. Amma içimdə pozitiv hisslər var. Əminəm ki, gələn mövsüm hər şey yaxşılığa doğru dəyişəcək. Sadəcə, inamı itirmədən üzərimizdə işləməkdə davam etməliyik.

- Ümumiyyətlə, ölkədə futbolun səviyyəsi sizi qane edirmi və gələn mövsüm də sizi burda görəcəyikmi?
- Səudiyyə Ərəbistanı çempionatının və burdakı futbolun səviyyəsi yetərincə yüksəkdi. Çempionatın rəqabətədavamlı olduğunu düşünürəm. Çox yaxşı klublar, yerli oyunçular var. Amma inkişaf üçün hələ də yer var. Məsələn, infrastrukturun bir balaca yaxşılaşmasına ehtiyac duyulur. Bu sözlərim hakimlərə və VAR sisteminə də aiddi. Onlar qərarları daha tez verməyə çalışmalıdılar. Yəni belə xırda məqamların üzərində iş getsə, səviyyə bir qədər də artacaq. Amma burda xoşbəxtəm. Ayrılmağım üçün səbəb yoxdu. Gələn mövsüm də “Əl-Nəssr”də oynayacam. Fikrimcə, yerli funksionerlər inkişaf planı üzrə hərəkət etsələr, Səudiyyə Ərəbistanı çempionatı qarşıdakı 4-5 ildə dünyanın ən güclü 5 liqasından birinə çevrilə bilər.

- Komanda yoldaşlarınıza hansı məsləhətləri verir və hansı dəyərləri ötürürsüz?

- Yeni komanda yoldaşlarım ilk gündən mənim həyat tərzimə diqqət yetirməyə, onu anlamağa başladılar. İlk növbədə işimə olan sevgimi, intizamı və iş etikasını nəzərdə tuturam. Artıq 20 ildi ən yüksək səviyyədə futbol oynayıram. Bu heç də təsadüfi deyil. Bəzi insanlar bunu genetika ilə əlaqələndirir. Təbii, genetika da önəmlidi. Amma başqa amillər də var ki, onlar da az əhəmiyyət daşımır. Məsələn, epigenetika. Yəni sənin öz genetikanla etdiyin şeylər. Futbol oynamaq həyat tərzidi. Biz həmişə qarşımıza məqsəd qoymalı, ona çatmaq üçün maksimum dərəcədə köklənməli və üstəlik peşəkar olmalıyıq. Bunlar hələ minimum edə biləcəyimiz şeylərdi. Bunların hamısını edə bilmək üçün həmişə yaxşı formada olmaq lazımdı.

- Burda sizi yaxşı mənada təəccübləndirən və pozitiv təcrübə yaşadan nə oldu?

- Açığı, Səudiyyə Ərəbistanına gəlmək və buranın mədəniyyəti, ənənələri ilə tanış olmaq mənim üçün çox maraqlı oldu. Ən çox diqqətimi cəlb edən isə ərəblərin gecə həyatı oldu. Burda gecələr həyat sanki qaynayır. Paytaxt Ər-Riyad da həmin vaxt çox gözəl görünür. İçkilərdən, yeməklərdən, restoranların səviyyəsindən həqiqətən də anlayışı olan insanlar üçün Ər-Riyad ən gözəl yerdi. Ən unudulmaz təəssüratım “Boulevard World” adlı məkanı (dünyanın müxtəlif ölkələrinə dair özəlliklərin yer aldığı əyləncə mərkəzi – red.) ziyarət edərkən yarandı. Ora ailəmlə birlikdə getmişdim. Hamımız üçün möhtəşəm təcrübə oldu. Ailə üzvlərim sevincdən az qala uçurdu. Bundan başqa, burda uşaqlar üçün çox səviyyəli məktəblər var. Eləcə də bütün ölkədə hündürmərtəbəli yeni yaşayış kompleksləri mövcuddu. Yeni şeylər kəşf etməyi xoşlayıram. Ona görə də burdayam.

- Bəs neqativ mənada sizi təəccübləndirən nə oldu?
- Əslində hər yerin, hətta Avropanın da özünə görə problemləri var. Orda da çətinliklərlə qarşılaşmaq mümkündü. Avropada futbolçular daha çox səhərlər məşq edir. Burda isə günorta və ya axşam məşq etməyə üstünlük verirlər. Xüsusilə də Ramazan ayında. Hətta həmin ayda biz bəzən məşqə 22.00-da başlayırdıq. İlk vaxtlar bu mənə çox qəribə görünürdü. Çünki daha öncə heç vaxt bu qədər gec saatlarda məşq etməmişdim. Amma digər tərəfdən bunda pis bir şey görmürəm. Bununla yaşamağı öyrənmək lazımdı. Hər halda, mən yeni ölkədəyəm və buranın mədəniyyəti ilə tanışlıq səviyyəsindəyəm. Daha öncə qarşılaşmadığım bəzi şeylər gördüyüm üçün asan deyil. Amma bunlar dözülməyəcək səviyyədə də deyil. Burda insanlar həqiqətən də futbolu sevir. Onlar futboldan və həyatdan zövq almağı bacarır.

- Təqdimat mərasimi xatirənizdə necə qalıb?

- Yanvarın 3-nü gözəl xatırlayıram. “Əl-Nəssr”in futbolçusu kimi ictimaiyyət önünə ilk dəfə həmin vaxt çıxdım. Həmişəkindən daha çox gərgin idim. Amma buna gözləmək olardı. Stadionda boş yer yox idi. İnanılmaz və tam yeni bir atmosfer idi. Təqdimat mərasiminə ailəmlə birlikdə getmişdim. Hər şey əla, hətta gözlədiyimdən də yaxşı keçmişdi. Məni təəccübləndirən bəzi məqamlar da olmuşdu. İnanıram ki, tək mən və ailəm yox, fanatlar da razı qalmışdı. Karyeramın unudulmaz anlarından birini yaşamışdım. Bir futbolçu bu cür şəkildə təqdim olunursa, həmin mərasim onun yaddaşından heç vaxt silinmir. İndi hər şey fərqlidi. Heç bir gərginlik, həyəcan qalmayıb. Çünki bura artıq uyğunlaşmışam.

- Sizin açdığınız ciğirla irəliləmək və karyerasını burda davam etdirmək istəyən oyunçulara nə məsləhət verərdiz?

- Bura tanınmış, gənc, yaşlı oyunçular, böyük adlar da gələ bilər. Bir şeyi dəqiq bilirəm ki, onlar burda xoşbəxt olacaqlar. Eyni zamanda yerli çempionatın inkişafına da töhfə verəcəklər. Əslində bura gələcək futbolçunun yaşı çox da önəmli deyil. Önəmli olan onun motivasiyası və rəqabət aparmaq istəyidi.

- Sonda Səudiyyə Ərəbistanında yaşayan çoxsaylı fanatlarınıza nə demək istərdiz?

- Hamısına minnətdaram. Məni inanılmaz şəkildə dəstəkləyirlər. Tək oyun günü stadionda yox, getdiyim hər məkanda böyük sevgi ilə qarşılaşıram. Mən də bu mədəniyyətin bir parçası olacam. Burda bacardığım qədər çox qalacam və oyunumla futbolsevərləri əyləndirməyə, titullar qazanmağa çalışacam. Burda olduğum müddətdə əlimdən gələni edəcəm.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-05-2023, 14:0

Ronaldo Ərəbistanda ilk mövsümü titulsuz başa vurdu

Dünya futbolu

2-06-2023, 19:0

Ronaldo ardıcıl ikinci mövsüm titulsuz qaldı

Dünya futbolu

29-04-2023, 13:0

Ronaldo Ərəbistanda qolsuz seriyaya son qoydu

Dünya futbolu

6-02-2023, 13:0

Ronaldo “Əl-Nəssr”də ilk rəsmi qolunu vurdu

Dünya futbolu

18-02-2023, 19:0

Ronaldodan iki məhsuldar ötürmə

Dünya futbolu

4-03-2023, 16:0

Ronaldo ilk mükafatını aldı

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 174
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə