Tərlan Əhmədlinin taleyinə aydınlıq gəldi

4.06.2023 14:51 299
Premyer-liqa
“Turan Tovuz” qapıçısı Tərlan Əhmədli ilə müqaviləni daha 1 il müddətinə artırıb.

T. Əhmədli 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, 28 yaşlı qolkiper ötən ilin iyunundan Tovuz təmsilçisində oynayır.