"Football-plus.az" xəbər verir ki, İsveçrənin Lozanna şəhərində yerləşən məhkəmə bunu ayrı-seçkilik saymır.
Xatırladaq ki, Rusiya klublarının və bu ölkənin milli komandalarının 2022-ci ilin fevralından FİFA və UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakına qadağa tətbiq edilib. Rusiya KİV-i və bu ölkənin müvafiq orqanları beynəlxalq futbol təşkilatlarının sanksiyasını ayrı-seçkilik kimi qələmə versələr də, İAM-ın son məlumatında qərarın əsaslandırma hissəsinə belə şərh verilib:
“Komissiya hesab edir ki, UEFA-nın üzləşdiyi fövqəladə və görünməmiş şəraitdə və nizamnamə məqsədlərinə nail olmaq üçün apellyasiya şikayəti əsasında verilən qərar məntiqli olub və qəbul edilməli idi. Beynəlxalq futbol yarışlarının təhlükəsiz, dinc və nizamlı keçirilməsini təmin etmək lazım idi. Qərar nə siyasi neytrallıq prinsipini, nə də İsveçrə qanunvericiliyinin məcburi müddəalarını pozub. Bu, qeyri-mütənasib və ya ayrı-seçkilik xarakteri daşımayıb və UEFA-nın ixtiyarındadı”.



