Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi baş tutub.
"Football-plus.az" xəbər verir ki, Suqovuşanda keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, “Azərreyl” Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, digər federasiyaların rəsmiləri və qonaqlar iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Vüqar Əhmədova söz verilib. Qonaqları salamlayan AKAF prezidenti yarışda 20-dək ölkə idmançılarının iştirak etdiklərini bildirib. O deyib ki, reqatanın ilk günü məhz Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa olunmuş Suqovuşan su anbarında keçirilir. V.Əhmədov bütün iştirakçı ölkələrə uğurlar arzu edib.
Ardınca danışan Bəşir Hacıyev turnirin önəmini vurğulayıb. O qeyd edib ki, reqatanın Ulu Öndərin 100 illik yubileyinə həsr olunması xüsusi əhəmiyyət daşıyır: