• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kaşukun qolu kifayət etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

2-05-2023, 19:0

"Qarabağ"ın son iki oyundakı xal itkisi üzündən Masazır təmsilçiylə lider arasında xal fərqi 7-yə enib. Qələbələri sıralayan "bayquşlar" bu qarşılaşmada uğurlu seriyanı davam etdirməklə Ağdam təmsilçisiylə məsafəni daha da qısaltmağı planlaşdırırdı. "Şamaxı" isə təhlükəli zonada qərarlaşdığından ən azı 1 xala ümid edirdi.

Meydan sahibləri oyuna daha fəal başladı. Qonaqlar "bayquşlar"ın sürətli keçidlərinin qarşısını almaqda çətinlik çəkirdi. 8-ci dəqiqədə Rəhmanın səhvindən sonra topu “oğurlayan” Mikels irəliləyərək Nuriyevi “gördü”, "9” nömrə isə daban ötürməsiylə topu yenidən almaniyalıya qaytardı. O da cərimə meydançasına soxulan Kaşuka məhsuldar ötürmə verdi. "Sabah" qoldan sonra da dominantlığını davam etdirdi. Kaşukun cərimə meydançasına ötürməsinə Mikels yüksəlsə də, topa istədiyi kimi zərbə vura bilmədi. Qonaqların ilk həmləsi zamanı isə Raufun cərimə zərbəsi qeyri-dəqiq alındı. Mikels – Volkov - Nuriyev “üçlüy”ünün təşkil etdiyi hücum zamanı sonuncu hədəfə düşmədi. Kaşukun qapı önünə asmasına yüksələn Mikels topu Volkova ötürsə də, Cəlal özünü zərbənin qarşısına ataraq gürcünün sevinməsinə imkan vermədi. Bir qədər sonra Bəxtiyarın zərbəsi də qeyri-dəqiq oldu. 30-cu dəqiqədə isə Volkov toru silkələdi. Amma referi ofsayd qeydə aldı. İlk hissəyə əlavə olunan dəqiqədə İsayevin fərqlənməsinə Əzizli mane oldu.
Hesabda geri düşən qonaqlar ikinci hissəyə əvəzetmələrlə başladı. Elvinin meydana çıxması mərkəzdə və hücumların təşkilində canlanma yaratdı. Bir qədər sonra Eminin cərimə zərbəsi yumşaq alındı və qapıçı topu tutdu. "Bayquşlar" buna Mikelsin iti bucaq altından zərbəsiylə cavab versə də, qolkiper yerində idi. Elvinin cərimə zərbəsindən sevinməsinə isə dirək mane oldu. Növbəti hücumda Kamran əla ötürməylə Bahaduru zərbə mövqeyinə çıxarsa da, top qapının üstündən keçdi. Qarşı tərəfdən İrasabal da oxşar cəhdlə hədəfə düşə bilmədi. Tellur isə Apehin ötürməsini dəyərləndirə bilmədi. Oyunun sonlarına doğru "şirlər" nə qədər top saxlayıb, rəqibi sıxsa da, kəsərli hücum təşkil edə bilmədi. Uzatma dəqiqələrində isə Ceyhun cərimə meydançasına şığıyan Letiçi “gördü”. Amma fərqin artmasına Əzizli imkan vermədi. Beləliklə, referinin final fiti "Sabah"ın minimalhesablı qələbəsini rəsmləşdirdi.

Gözdən qaçmadı
* Yerli azarkeşlər Coy-Lens Mikelsi "Mikayıl" deyə çağırırdı.
* Şamaxıdan gələn 30-a yaxın azarkeş Masazırda doğma komandanı dəstəkləyirdi.
* Murad Musayev matçboyu emosionallığı, aqressivliyi və rusca nalayiq ifadələrlə yadda qalmaqla yanaşı, hakimə tez-tez narazılığını bildirirdi. Referi baş məşqçiyə nə qədər tolerant yanaşsa da, 87-ci dəqiqədə ilk rəsmi xəbərdarlığını etdi. Amma Musayev sakitləşməyərək emosionallığı və aqressivliyi davam etdirdi. Nəticədə qarşısında ikinci “sarı”nı görməklə meydandan qovuldu. Fərid Hacıyev "Sabah" baş məşqçisinə “qırmızı” göstərəndən sonra rusiyalı mütəxəssis hakimin əlinə vurdu. Bu zaman referinin digər əlindəki sarı vərəqə yerə düşdü.
* Oyun bitəndən sonra Aleksey İsayev qələbəni uşaqlarıyla qeyd etdi. Hətta qazon üzərində uşaq arabasında onu gəzdirdi.
* “Bank Respublika Arena”da təmir və yenidənqurma işlərinin aparılması gözümüzdən qaçmadı.

Maraqlıdı…
“Şamaxı”ya vurduğu qol Aleksey Kaşukun cari mövsüm rəqib qapısından keçirdiyi 15-ci top olub. Yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində bir mövsümdə ən çox qol vuran ukraynalı futbolçu adına şərik çıxıb. O, Leonid Kalfaya məxsus rekordu təkrarlayıb. “Neftçi”də çıxış edən ukraynalı 1998/99 mövsümündə eyni məhsuldarlıq nümayiş etdirib. Kalfa həmin vaxt 24 oyun keçiribsə, Kaşuk 27-ci matçında 15-ə çatıb. Bir mövsümdə ən çox qol vuran ukraynalı legionerlərin siyahısında rekordçuların ardınca 12 dəfə fərqlənən Viktor Kulikov (“Şəmkir”, 1999/2000) və Vladimir Mazyar (“Simurq”, 2008/09) yer alıb.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

9-03-2023, 17:0

“Sabah” – “Kəpəz” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

16-03-2023, 16:0

“Zirə” 4-cü yer uğrunda mübarizədə ağır zərbə aldı - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

"Sabah" - "Səbail" matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

18-04-2023, 19:0

“Sabah” “Qarabağ”ın möhtəşəm seriyasına son qoydu - REPORTAJ

Premyer-liqa / Manşet

28-02-2023, 19:0

“Şamaxı” – “Sabah” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Aktual
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
Son xəbərlər
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
Daha çox
Oxunub: 221
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə