• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” “Qarabağ”ın möhtəşəm seriyasına son qoydu - REPORTAJ

Premyer-liqa / Reportaj

18-04-2023, 19:0

Ötən tur səfərdə gözlənilmədən "Səbail"ə uduzan "Sabah" lider "Qarabağ"la görüşdə aradakı xal fərqini azaltmağı düşünürdü.

Qonaqlar isə qələbə qazanmaqla çempionluğa bir addım da yaxınlaşacaqdı. Odu ki, hər iki komandanın meydanda kreativ, döyüşkən futbol sərgiləyəcəyi heç kimdə şübhə doğurmurdu… Artıq 5-ci dəqiqədə qonaqlar ilk qol vəziyyətini yaxaladı. Amma Ramilin ötürməsindən sonra Musanın zərbəsini Yusif dəf etdi. Növbəti epizodda Yankovizin künc nöqtəsindən asması zərbə kimi alındı və top tirdən qayıtdı. Ramilin cərimə meydançasına daxil olaraq qapı önünə ötürməsinə Musa iki dəfə zərbə endirsə də, əvvəlcə Bəxtiyar ayaq qoydu, sonra isə Yusif qola imkan vermədi. Oyunda erkən qol olmasa da, ilk 25 dəqiqədə meydanda ağdamlılar “ağalıq edirdi”. Meydan sahibləri isə ilk təhlükəli vəziyyəti 27-ci dəqiqədə yaratdı. Kaşukdan ötürmə alan Mikels qapını yoxlasa da, top yandan keçdi. İsayevdən topu qəbul edən Kaşukun zərbəsi də hədəfə düşmədi. İrəliləyən dəqiqələrdə "bayquşlar" yüzfaizılik fürsəti qaçırdı. Kaşukun cərimə müydançasına ötürməsini qəbul edən Apeh yaxın məsafədən topu qapının üstündən vurdu. İlk hissəyə əlavə olunan dəqiqələrdə "Qarabağ" yenidən fəallaşdı. Ramilin zərbəsinə Ba ayaq qoydusa, Musanın fərqlənməsinə Yusif əla reaksiya ilə imkan vermədi.

"Köhlən atlar" 2-ci hissəyə də fəal başladı. Ramilin iti bucaq altından zərbəsi toru yandan silkələdi. Meydan sahiblərinin də cavabı gecikmədi Mikels reydini Namiki “görməklə” tamamlasa da, milli üzvünün zərbəsi Lukanın qucağını “isitdi”. Toralın cərimə zərbəsindən fərqlənmək istəyi də bərbad alındı. Bir qədər sonra Letiçin zərbəsi qapının üstündən keçdi. Tədricən üstünlüyə yiyələnən "Sabah", nəhayət, 72-ci dəqiqədə sevindi. İsayevin cərimə zərbəsindən asmasına yüksən Bəxtiyar başla topu Mikelsə göndərdi. Almaniyalı isə dəqiq zərbəylə hesabı açdı. "Qarabağ" özünə gəlməmiş "bayquşlar" növbəti dəfə azarkeşləri ayağa qaldırdı. 76-cı dəqiqədə İsayev standart vəziyyətdən topu cərimə meydançasına göndərdi. Toral başla təhlükəni uzaqlaşdırmaq istəyərkən “mərmi” Mikelsin ayağına düşdü və almaniyalı futbolçu uzaq küncü dəqiq nişan aldı – 2:0. İrəliləyən dəqiqələrdə qonaqlar dəyişikliklər edərək irəli atılsa da, "Sabah" yaxşı müdafiə olunub, top saxladı. Yalnız bir epizodda Ağdam təmsilçisinin bəxti gətirdi. Zubirin ötürməsindən sonra İsayev cərimə meydançasında Lenadroya qarşı kobudluq etdi. Referi dərhal “nöqtə”ni göstərdi ki, topa yaxınlaşan Almeyda fərqi azaltdı. Bundan ruhlanan "köhlən atlar" irəli atılsa da, rəqib müdafiəsini yara bilmədi. Hakimin final fiti "Sabah"ın "Qarabağ" üzərində ilk qələbəsini rəsmiləşdirdi. Qurban Qurbanovun komandası həm də mövsümdə ilk yenilgisini aldı. Beləliklə, “Qarabağ”ın məğlubiyyətsiz çempion olmaq arzusu da suya düşdü.

Gözdən qaçmadı
* Polis nəzarəti güclü idi. Hətta "Qarabağ" azarkeşlərindən birinin qara rəngə boyanan, üzərində iki ulduz əks olunan və “loadinq” yazılan plakatının stadiona keçirilməsinə icazə verilmədi.
* Abdulaye Ba uzun fasilədən sonra ilk dəfə start heyətində şans qazanmaqla yanaşı, meydana kapitan sarğısıyla çıxşdı.
* Oyunun 23-24-cü dəqiqələrində futbolçuların orucunu açması üçün şərait yaradıldı. Həmçinin azarkeşlərin orucunu açması üçün "Sabah" su və xurma payladı.
* Matç bitəndən sonra "Sabah"ın futbolçuları qələbəni azarkeşləriylə qeyd etdi.
* “Qarabağ”ın azarkeşləri “Sabah”ın futbolçuları istiqamətində plastik su butulkaları atdı.

Maraqlıdı
// Coy-Lens Mikels qol sayını 17-yə çatdırdı. O “Qarabağ”la görüşdə vurduğu iki topla buna nail oldu. 30 yaşlı almaniyalı yarımmüdafiəçi son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legionerdi. O, 2015/16 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı arxada qoydu. 2011-ci ilin yayından indiyədək digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb. Daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiya olub. Gürcü futbolçu 2010/11 mövsümündə 18 dəfə fərqlənib.
// Riçard Almeyda Misli premyer-liqasındakı penalti sayını 25-ə çatdırdı. Braziliya əsilli futbolçu “Sabah”la görüşdə “nöqtə”dən dəqiq oldu. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən vurduğu 23-cü qoldu. O, daha iki imkanı qaçırıb. Almeyda 21-ci əsrdə çempionatda ən çox penalti vuran oyunçudu.
// “Qarabağ” 2022/23 mövsümündə ilk məğlubiyyətini aldı. Bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmadı. Ağdamlılar premyer-liqada ümumilikdə 49 oyundan sonra xalsız qaldı. 537 gün məğlub olmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabıyla uduzmuşdu. Ötən mövsümün 20, cari mövsümün 29 oyununda yenilməyən ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə edib. 49 oyunluq məğlubiyyətsizlik seriyası Azərbaycan çempionatları tarixinin mütləq rekordudu. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.

Ən uzun məğlubiyyətsiz seriyalar:
1. “Qarabağ” – 49 (2021-23)
2. “Qarabağ” – 31 (2018-19)
3. “Kəpəz” – 28 (1997-98)
4. “Turan” – 27 (1992-93)
5-6. “Şəmklr” – 26 (2000-01)
5-6. “Neftçi” – 26 (2003-04)

// Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alındı. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırdı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

9-03-2023, 17:0

“Sabah” – “Kəpəz” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Premyer-liqa / Manşet

28-02-2023, 19:0

“Şamaxı” – “Sabah” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 23:0

“Qarabağ”ın qol vurmayanda da qisməti olur... - REPORTAJ

Premyer-liqa / Reportaj

11-04-2023, 16:0

Qurban Qurbanov 400-cü qələbəsini qazandı - REPORTAJ

Premyer-liqa / Reportaj

4-04-2023, 12:0

“Kəpəz”dən altı xal dəyərində qələbə - REPORTAJ

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 110
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 108
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə