“Premyer-liqada 14, 15 komandanın olması daha yaxşıdı” – Divizion klubunun baş məşqçisi

26.04.2023 14:53 417
I liqa
Çempionat finiş xəttinə yaxınlaşdıqca, ikinci "5-lik" komandaları arasında gərginlik daha da artır.

Amma “aşağıdakılar” AFFA İcraiyyə Komitəsinin qərarıyla barışa bilmir. Belə ki, baş məşqçiləri bu mövsüm elitanı heç kimin tərk etməməsini, 1-ci diviziondan isə iki komandanın premyer-liqaya gətirilməsini istəyir.

"Football-plus.az" olaraq bunu nəzərə alıb, “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədova müraciət etdik:

"Premyer-liqada 14, 16 komandanın olması daha yaxşıdı. Təbii ki, burda maddi durum nəzərə alınmalıdı. Bölgə komandaları nə qədər çox olsa, bir o qədər futbolçu seçimi olar, gənclər üzə çıxar, ölkə futbolu inkişaf edər. Düşünürəm ki, növbəti mövsümdən 12 komandanın iştirakına icazə verməklə yanaşı, hər il say artırılmalı və sonda 16 iştirakçı olmalıdı".


ABDULLA İSMAYILOĞLU