Çempionat finiş xəttinə yaxınlaşdıqca, ikinci "5-lik" komandaları arasında gərginlik daha da artır. Amma “aşağıdakılar” AFFA İcraiyyə Komitəsinin qərarıyla barışa bilmir. Belə ki, baş məşqçiləri bu mövsüm elitanı heç kimin tərk etməməsini, 1-ci diviziondan isə iki komandanın premyer-liqaya gətirilməsini istəyir.
"Football-plus.az" olaraq bunu nəzərə alıb, “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırova müraciət etdik:
"Güclülər dəstəsində klubların sayının artırılmasının tərəfdarıyam. Bu həm çempionatın, həm də milli komandalarımızın səviyyəsinin yüksəlməsi deməkdi".
ABDULLA İSMAYILOĞLU