“Qarabağ-2”in dünən keçirilən məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemlər yaranıb.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi səbəbindən 1-ci divizionun 26-cı turunda “Kəpəz-2”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Qarşı tərəfinin razılığını nəzərə alan qurumun İdarə heyətinin qərarı ilə 26 aprel tarixində baş tutmalı olan “Kəpəz-2” – “Qarabağ-2” görüşü təxirə salınıb. Oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.