İki qol vurdu, Konfrans Liqasında 1-ci oldu

15.04.2023 21:53 275
Dünya futbolu
Konfrans Liqasında 1/4 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Zəki Amduni qalib gəlib.

“Bazel”in hücumçusu Teremas Moffi (Nitsa), Alessio Kastro-Montes (Gent) və Nikola Milenkoviçi (Fiorentina) qabaqlayıb.

Xatırladaq ki, Amduni “Nitsa” ilə matçda (2:2) iki qol vurmuşdu.