AFFA İntizam Komitəsi növbəti cəzaları açıqlayıb.
"Səbail" xərəkdaşıyanlara görə 800 manat cərimələnib. Belə ki, "Kəpəz"lə matçda yetərincə xərəkdaşıyan olmayıb. Görəsən, klub bu qərarla razıdı?
"Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün "Səbail"in mətbuat katibi Sənəm Fərhadovaya müraciət etdik:
"PFL tərəfindən bu məsələ ilə bağlı araşdırma aparılacaq. Meydanda yetərincə xərəkdaşıyan var idi. Bununla bağlı lazım gələrsə, apellayasiya şikayəti də veriləcək. Klub olaraq bu qərarla razılaşmırıq".
ABDULLA İSMAYILOĞLU
"Səbail" AFFA ilə razı deyil - AÇIQLAMA
Premyer-liqa




