Monteneqro ilə Slovakiyada baş tutan görüş millimizin 0:3 hesablı məğlubiyyətiylə bitib. Baş məşqçi Həbib Ağayev qarşılaşma haqda "Football-plus.az"a bunları dedi:
"Monteneqronun çox güclü hücumçuları var. Nəticədə məğlub olduq. Onlar ev sahibi komanda ilə matçda da 3 qol vurdu.
Komandama gəlincə, inanıram ki, qızlar bacrdığını etdi. Sona qədər meydanda qələbə üçün mübarizə apardılar, geri çəkilmədilər. Əzmkarlığa görə hamısından razı qaldım".
Komandama gəlincə, inanıram ki, qızlar bacrdığını etdi. Sona qədər meydanda qələbə üçün mübarizə apardılar, geri çəkilmədilər. Əzmkarlığa görə hamısından razı qaldım".
KƏNAN BAHADIR






