U-19 aprelin 8-də Monteneqro, 11-də Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş Qabçikovo stadionunda baş tutacaq.
Komandanın durumunu və hədəflərini baş məşqçi Həbib Ağayevdən öyrəndik. Onun "Football-plus.az"a söylədikləri belə oldu:
"Hədəflərimizi hər zaman ən yaxşı uğurun qazanılması istiqamətində təyin edirik. İndi də məqsədimiz A səbətinə yüksəlməkdi.
Komandanın durumundan razıyam. Hazırlıq səviyyəmizin mübarizəyə kifayət edəcəyini düşünürəm. 3 komandalı qrup olsa da, B səbətinə görə güclü rəqiblərimiz var.
Slovakiyanın ev sahibi üstünlüyünə malik olduğunu nəzərə almalıyıq. Monteneqronun da futbol səviyyəsi hər kəsə məlumdu. Bu oyunlarda çox şey psixoloji hazırlıqdan asılı olacaq".

KƏNAN BAHADIR