• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Futbolçu kimi az oynasam da, ürəyim yaşıl meydanda qalmışdı” – LAYİHƏ

Layihə

9-10-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

“Sabah” Futbol Akademiyası hazırda Azərbaycanda ən yaxşılardandı. Bu akademiyada xeyli uşaq futbolun sirlərini öyrənir. Onlar ölkə futbolunun gələcəyi sayılır. Gələcəyimizin sağlam təməllər üzərində qurulması üçün çalışan mütəxəssislərə biz də öz növbəmizdə diqqət ayırır, onların fikirləri ilə oxucularımızı tanış edirik. Budəfəki müsahibimiz də “Sabah”ın akademiyasında çalışan peşəkar mütəxəssislərdən biridi. Sizə Arslan Quliyevlə müsahibəni təqdim edirik.

- Arslan bəy, ilk sualımızda futbola gəlişiniz barədə soruşmaq istərdik. Necə oldu ki, bu sahəylə gəldiz? Futbolçu kimi karyeranız hansı komandalarla bağlı olub? İlk məşqçilərinizi necə xatırlayırsız?
- Futbola gəlişimdə qonşuluqdakı həmyaşıdlarımın böyük rolu oldu. Orta məktəbdə oxuyurduq, həmyaşıdlarım futbol məşqlərinə yazıldılar. Məndə də buna həvəs yarandı. Onlara qoşulub futbola getdim. El arasında “FŞM” deyilən Olimpiya Ehtiyatları İdman Məktəbindəki futbol məşqlərinə qatılırdım. İlk məşqçim də Elxan Nəsirov idi. Bir qədər böyüyəndən sonra həvəskar komandalarda futbol oynamağa başladım. Daha sonra birinci divizionda çıxış etdim. Vaqif Sadıqov oyunumu bəyəndə və məni U-18 millisinə dəvət etdi. Onun rəhbərliyi altında U-18-də forma geydim. Amma zədələr karyeramı yarıda qoydu. Artıq 20-21 yaşımda hiss etdim ki, zədələr oynamağıma imkan vermir, karyeramı bitirdim. Bu qərarı vermək xeyli çətin idi. Amma məcburiyyətdən bu addımı atdım və başqa sahələrdə özümü sınamağa başladım.



- Məşqçiliyə keçidiniz necə oldu?
- Futbolçu kimi az oynasam da, ürəyim yaşıl meydanda qalmışdı. Belə deyim, futboldan doymadan ondan uzaqlaşmalı olmuşdum. 2010-cu ildə məşqçi olmağa qərar verirdim. Bir müddət başqa sahələrdə özümü sınasam da, gördüm ki, futboldan uzaq qalmaq elə də asan deyil. Məşqçi kimi ilk addımlarımı 2010-cu ildə “Bakı” futbol klubunda atdım. “Bakı”da düz 5 il, yəni 2015-ci ilə qədər işlədim. Sonra “Neftçi”yə gəldim. Bu klubun uşaq komandalarında iki il yarım çalışdım. Elə ordan da U-17 millisinə dəvət aldım. Həmin yaş qrupu üzrə millidə köməkçi-məşqçi oldum, Ramin Quliyevin köməkçisi idim. Millidəki fəaliyyətim bir ili əhatə etdi. Ordan ayrılandan sonra “Səbail”dən dəvət aldım. Hazırda isə “Sabah”dayam, U-10 komandasının baş məşqçisiyəm.

- Hazırkı uşaqların istedadı, futbola yanaşması, ümumiyyətlə, səviyyəsi sizi qane edirmi? Sizcə, fərdi olaraq uşaqlarda hansı problemlər daha çox diqqəti çəkir?
- Azərbaycanda istedadlı uşaqların sayı yetərincə çoxdu. Onların əksəriyyətinin səviyyəsi məni qane edir. Biz çalışmalıyıq ki, onlarla düzgün işləyək, onların inkişafına yardımçı olaq. İstedad işin yalnız bir hissəsidi. Qalanını düzgün məşqlər və çalışqanlıq sayəsində əldə etməlisən. Biz akademiya məşqçiləri ilə yanaşı, uşaqların özləri də çalışmalıdı ki, istedaddan düzgün istifadə olunsun, inkişafa nail olunsun. Bu həyatda zəhmət çəkmədən heç nə əldə edə bilməzsən. Əziyyət çəkmədən istedad da batıb gedəcək. Hər bir yaş mərhələsinin özünəməxsus fərdi keyfiyyətləri var. Biz çalışmalıyıq ki, uşaqlarımıza daha çox öyrədək, onlara savad verək. Bu baxımdan akademiyada çalışan məşqçilərin üzərinə çox şey düşür. Uşaqlar futbolu daha yaxşı başa düşməlidilər, onların anlayışları doğru olmalıdı. Uşaqların futbolla bağlı təfəkkürünü inkişaf etdirməliyik. Futbol təkcə qaçmaq, tullanmaq oyunu deyil, düşüncə oyunudu. İşimizi bu istiqamətdə qurmalıyıq.



- Çalışdığınız yerdə işlər necə təşkil olunub? Hansı komandalar var və onlar hansı turnirlərdə iştirak edirlər?
- Qeyd etdiyim kimi, hazırda “Sabah”da çalışıram. Burda hər şey yaxşıdı, yüksək səviyyədə təşkil olunub. Rəhbərlik inkişaf üçün bütün şəraiti yaradıb. U-9 komandasından U-19-a qədər bütün komandalarımız formalaşdırılıb. Komandalarımız inventarlarla və meydançalarla təmin olunub. Mütəxəssislərin sayı yetərincədi. Həkimlərimiz də var, onlar uşaqların səhhətinə nəzarət edir. Baza tikintisi davam edir. Gələcəkdə daha yaxşı olacaq, bunun planları qurulub. Zaqreb “Dinamo”su ilə əlaqələrimiz var, müqavilə imzalanıb. Qarşılıqlı əməkdaşlıq edirik. Komandalarımız AFFA-nın keçirdiyi çempionatlarda, eləcə də qonşu Gürcüstan və Türkiyədə təşkil olunan müxtəlif beynəlxalq turnirlərdə iştirak edir. Bu da gələcək üçün böyük təcrübə rolunu oynayır.

- Uşaq futbolunun ən ciddi problemi kimi nələri görürsüz? Onların həll etmək üçün nə etməliyik?
- Əsas problem kimi komanda sayının azlığını deyə bilərəm. Düşünürəm ki, komanda sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar. Bu komandalar akademiya tipli yaradılmalı, infrastruktur müasir tələblərə cavab verməlidi. Əvvəl “Bakı” Futbol Akademiyasında hər cür imkanlar var idi. Hazırda belə bir nümunəni “Qəbələ”nin timsalında göstərə bilərik. Akademiya tipli məktəblərin, stadionların sayı artırılmalıdı. Bir də uşaqlara daha çox oynamaq üçün şərait yaradılmalıdı. Xüsusən də başqa ölkələrdə keçirilən turnirlərdə. Təkcə “Neftçi”nin, “Sabah”ın ölkə xaricinə çıxması kifayət etmir. Bütün klublar öz uşaq komandalarının xaricə çıxmasına, təcrübə qazanmasına çalışmalıdı. Özümüz də Azərbaycanda beynəlxalq turnirlər təşkil edib, xaricdən komandalar dəvət edə bilərik. Ən azı bizə yaxın olan qonşularımızı. İran, Türkiyə, Rusiya, Gürcüstan komandalarını bura dəvət eməklə turnirlər keçirmək olar. Məşqçilərimizin sayı yetərincədi, onlar uşaqları düzgün yetişdirəcək istedada, savada malikdilər. Sadəcə, maddi baxımdan o məşqçilərə daha çox dəstək vermək lazımdı. AFFA-nın atdığı bir müsbət addımı qeyd edə bilərəm. U-12 liqasına qədər turnir cədvəli yoxdu, nəticələr önəm daşımır. Bu da məşqçilərə daha sərbəst olmağa imkan yaradır. Nəticə lazım olanda biz məşqçilərin heç biri uduzmaq istəmir. Məcbur olub nəticəyə oynayırıq. Belədə bəzi vacib nüanslar arxa plana keçir. Klub rəhbərliyi də bu məsələdə diqqətli olmalı, uşaq məşqçilərindən nəticə tələb etməməlidi. Çalışmalıyıq ki, uşaq 10 yaşından 19 yaşa qədər futbolu öyrənsin. Həmin uşaq 19 yaşında klubunun əsas komandasına düşə bilsə, əsl nəticə də odu.

- Valideynlərin məşqçilərin işinə müdaxiləsiylə qarşılaşmısızmı? Valideynlərə və futbola həvəsi olan uşaqlara nə demək istərdiz?
- Bəli, belə hallar, təəssüf ki, var. Bunu təbii qarşılamaq lazımdı. Valideynlər də bir azarkeşdi, uşaqlarının yaxşılığını istəyirlər. Olub belə problemlər, dialoq qurmaqla hər şeyi qaydasına qoymuşuq. Uşaqların daha çox məsuliyyətli olmasını arzulayıram. Onlar vaxtını futbola sərf edir. Çalışmalıdılar ki, məşqlərdə diqqətli olub, daha çox öyrənsinlər. Uşaqların daha çox sual verməsini arzulayıram. Bəzən məşqdən sonra onlardan hansı suallarının olduğunu soruşuram, heç biri dillənmir. Valideynlər də uşaqlara sərbəstlik verməli, müdaxilə etməməlidilər. Uşaqlara inanmaq, onlara güvənmək lazımdı. Belədə onlar da rahat futbol oynayacaqlar.

İLKİN SULTANLI

“Futbolçu kimi az oynasam da, ürəyim yaşıl meydanda qalmışdı”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

25-09-2022, 23:0

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Layihə / Manşet

17-07-2022, 22:0

“Valideynlər arasında məşqçi-müəllimlərin işinə müdaxilə edənlərin sayı hədsiz çoxdu” - LAYİHƏ

Layihə / Manşet

24-07-2022, 22:0

“Azərbaycanlı futbolçulara güvənmək, onlara şans vermək lazımdı” - LAYİHƏ

Aktual
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Son xəbərlər
  • Bu gün, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Bu gün, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 217
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 195
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 176
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə