Zaha iki top-klubun hədəfində

7.03.2023 22:56 280
Dünya futbolu
"Kristal Pelas"ın hücumçusu Vilfrid Zaha komandadan ayrıla bilər.

"Football-plus.az" xəbər verir ki, 2023-cü ilin yayında onun London klubu ilə müqaviləsi başa çatacaq və azad agent olacaq. 30 yaşlı futbolçu sözləşməni yeniləmək niyyətində deyil. Onun xidmətində "Arsenal" və "Çelsi" maraqlıdı. "Topçular"ın çalışdırıcısı Mikel Arteta oyunçunu komandasına görmək istədiyini bildirib.