Boksçularımız beynəlxalq turniri 2 medalla başa vurdular

27.02.2023 12:27 230
İdman
Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş "Strandja" beynəlxalq turnirini 2 medalla başa vurublar.

"Football-plus.az" xəbər verir ki, qadınların mübarizəsində Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib.

Kişilərin yarışında isə Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, turnirdə 40-a qədər ölkədən 398 idmançı (256 kişi, 142 qadın) qüvvəsini sınayıb.