Millimizdən böyük hesablı qələbə

23.02.2023 22:15 797
Yığma
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

EFA U-17 komandası ilə qarşılaşan millimiz 5:0 hesablı qələbə qazanıb. U-16-nın qollarını biri penaltidən olmaqla ikisini Ariz Kərimov, Hüseyn Vəlizadə (2) və Nicat Məhərrəmov vurub.