• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zirvə savaşında qalib olmadı - REPORTAJ

Premyer-liqa

14-02-2023, 22:0

Qarabağ (Ağdam) – Sabah (Bakı) 1:1 (1:0)
89. Amin Ramazanov – 5,0
44. Elvin Cəfərquliyev – 5,5
55. Bədavi Hüseynov (k) – 5,0
81. Kevin Medina – 5,5
29. Marko Veşoviç – 5,5
6. Julio Romao – 5,5
8. Marko Yankoviç – 5,5
10. Abdulla Zubir – 6,0
15. Leandro Andrade – 5,5
(7. Yassin Benzya, 80) – qiymətsiz
77. Ramil Şeydayev – 5,5
9. Musa Qurbanlı – 5,5
(87. Adama Diakabi, 68) – 5,0
Ehtiyat oyunçular
23. Luka Quqeşaşvili
20. Riçard Almeyda
5. Maksim Medvedev
19. Filip Ozobiç
2. Qara Qarayev
4. Rahil Məmmədov
18. İsmayıl İbrahimli
27. Toral Bayramov
90. Nəriman Axundzadə
99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir

12. Yusif İmanov – 5,5
7. Boyan Letiç – 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,5
13. Abdulaye Ba – 5,0
2. Amin Seydiyev – 5,5
4. Elvin Camalov (k) – 5,5
15. Kristian da Silva – 5,0
(9. Anatoli Nuriyev, 68) – 4,5
20. Coy-Lens Mikels – 3,5
(11. Kristian Sebalyos, 32) – 5,0
/29. Ceyhun Nuriyev, 90) – qiymətsiz
10. Aleksey İsayev – 6,0
8. Aleksey Kaşuk – 5,5
(17. Tellur Mütəllimov, 90) – qiymətsiz
18. Davit Volkov – 5,0
(99. Emmanuel Apeh, 68) – 5,0
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
16. Rüstəm Samiqullin
77. Namik Ələskərov
21. İldar Alekperov
33. Camal Cəfərov
22. Seymur Məmmədov
3. Zurab Oçiqava
Baş məşqçi: Murad Musayev
Komandanın ən yaxşısı: Aleksey İsayev

Qollar: M.Qurbanlı, 15 (1:0, J.Romao). B.Həsənalızadə, 75 (1:1, A.İsayev).
Vərəqələr: A.Kaşuk, 26 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 32 (qeyri-idman hərəkəti). E.Camalov, 48 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 60 (qeyri-idman hərəkəti). A.Diakabi, 71 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
11 fevral. Bakı. “Azərsun Arena”. 1500 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Oyunun şənbəyə salınmasına, şəhərdə havanın ideal olmasına baxmayaraq, azarkeş marağı böyük deyildi. Halbuki meydana çempionluğa iddialı komandalar çıxmışdı. Tribunalara cəmi 1500 azarkeşin toplaşması “Qarabağ” üçün problem idi. Yəqin ki, biletlərin qiymətinin baha olması azarkeş amilinə təsir edib. Daha bir problem isə start fitinin 17.00-da səslənməsi idi. Şənbə günü olsa da, Azərbaycanda - əsasən də Bakıda çox insan işləyir. Matçın həmin vaxta təsadüf etməsi oyuna marağı bir qədər də azaltmışdı.

Komandalar meydana, demək olar ki, ideal heyətlə çıxmışdı. Aminin ardıcıl iki tur qapıda dayanması Şahruddin sağalana kimi məhz onun “Qarabağ”ın əsas qolkiperi olacağı fikrini formalaşdırır. Mövsümün ilk yarısında daha çox ehtiyat oyunçular skamyasında oturan Romaonun da əsas heyət üzvünə çevrilməsi gözdən qaçmadı.

Oyun isə ağdamlıların sürətli hücumlarıyla başladı. Zubir təkbaşına “Sabah”ın müdafiəsini alt-üst edirdi. 4-cü dəqiqədə bir neçə müdafiəçini geridə qoyaraq qapıya zərbə endirsə də, Bəxtiyar son anda topa müdaxilə etdi. Geri dönən topu Andrade tora qovuşdurmaq istədi. Lakin Yusif üçün bu zərbə o qədər də çətin deyildi. 6-cı dəqiqədə isə “bayquşlar” qola yaxın oldu. Bədavinin səhvindən sonra Mikels topu ələ keçirdi. Almaniyalının ötürməsindən sonra Kaşukun zərbəsi dirəkdən döndü. 11-ci dəqiqədə isə “Qarabağ”ın üzvləri hakimdən penalti tələb etdi. Çünki Zubirin ötürməsindən sonra Ramilin başla zərbəsinin Letiçin əlinə dəydiyi iddia olunurdu. Lakin epizodun təkrarına baxdıqda belə olmadığı görünür. Top Letiçin sinəsindən döndü.
Nəhayət, 15-ci dəqiqədə “Qarabağ” hesabı açdı. Romaonun ideal ara ötürməsindən sonra Musa Yusifin ayaqları arasından topu qapıdan keçirdi. Qoldan sonra komandalar daha çox meydanın mərkəzində mübarizə apardı. Ən yaddaqalan məqam isə 44-cü dəqiqədə yaşandı. Künc zərbəsindən ötürülən topu Ba başla qapadı. Lakin “mərmi” tirə “ilişərək” tora daxil olmadı. İlk yarının yekunu kimi onu demək olar ki, “Qarabağ” daha üstün oynadı, qol vəziyyətləri yaratdı, nadir hallarda hücuma keçən qonaqlar dirəyi və tiri “nişan aldı”.

Fasilədən sonra da maraqlı oyun izlədik. Amma “Sabah”ın bu hissədə daha fəal olduğunu etiraf edək. 56-cı dəqiqədə Da Silvanın zərbəsindən sonra top cərimə meydançasında Romaonun əlinə dəysə də, Elçin Məsiyev oyunu davam etdirdi. VAR-a da baxan FİFA referisi 11 metrlik cərimə zərbəsi təyin etmədi. Bu məqam bir çoxları kimi, bizə də qaranlıq qaldı. Epizodun təkrarından görünür ki, top ələ dəyir. Lakin nədən penalti təyin olunmadı? Hər halda, 75-ci dəqiqədə hesab bərabərləşdi. İsayevin künc zərbəsindən ötürməsini Bəxtiyar qapıya göndərdi. Bu zərbə zamanı qapıçı Ramazanovun nəyi gözlədiyi aydın olmadı. “Gent”lə oyunda da belə dayansa, vay halımıza. Qoldan sonra sürət artdı. 78-ci dəqiqədə “Qarabağ” önə keçə bilərdi. Diakabinin zərbəsinin qarşısını Yusif çətinliklə aldı. “Bayquşlar”ın qolkiperi bir qədər sonra da diqqət mərkəzinə düşdü. O, Şeydayevin fərqlənməsinə imkan vermədi. Bu, görüşdə sonuncu təhlükəli hücum oldu. Beləliklə, liderlərin duelində qalib müəyyənləşmədi, zirvədəki 5 xal fərqi qorundu.

Gözdən qaçmadı
* “CBC Sport” matça xüsusi diqqət ayırmışdı. Telekanalın əməkdaşları oyuna 2 saat qalmış reportajlar hazırlayırdı. Bəzi görüntülərin çəkilişi zamanı isə drondan istifadə olunurdu.
* Həm “Qarabağ”ın, həm də “Sabah”ın azarkeşləri Türkiyəyə dəstək pankartları açmışdı.
* Matç bitən kimi Marko Yankoviçin Elçin Məsiyevlə söhbət etməsi diqqətimizdən yayınmadı.
* Türkiyə superliqasında çıxış etmiş iki futbolçu – “Qarabağ”ın üzvü Yassin Benzya və “Sabah”ın müdafiəçisi Abdullaye Ba oyundan sonra ayaqüstü söhbətləşdi.
Maraqlıdı…
* “Sabah” Misli premyer-liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub. Yubiley topu “Qarabağ”la oyuna təsadüf edib – 1:1. Bu qolun müəllifi Bəxtiyar Həsənalızadə olub. “Sabah” tarixində ilk dəfə bir mövsümdə “100”ü yarılayıb. Bakılılar ölkə çempionatlarında buna nail olan 17-ci komandadı. 1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 komanda bir mövsümdə 50 və ya daha çox qol vurub. “Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.
* “Sabah” çempionatdakı 126-cı oyununda 30-cu dəfə “sülh bağladı”. Bərabərliklərdən 14-ü ev, 16-sı səfər oyunlarına təsadüf edib.
* Mövsümdə 16-cı qolunu vuran Musa Qurbanlı Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. O, bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib. Qurbanlıya qədər bu rekord 15 qola bərabər idi. 1998/99 mövsümündə “Dinamo”nun hücumçusu Fərrux İsmayılov 15 qola imza atıb. 2005/06-da “Şahdağ”ın nigeriyalı legioneri Əhməd Ticani eyni sayda fərqlənib. Bunu əvvəlki turda təkrarlayan Musa “Sabah”la görüşdə mütləq rekordçu olub. Musa həm də “Qarabağ”ın formasında premyer-liqada 25-ci dəfə fərqlənib.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

11-02-2023, 16:0

“Qarabağ” və “Sabah”ın start heyəti açıqlandı

Çempionlar Liqası

1-07-2022, 10:0

"Qarabağ" Marko Yankoviç və bu futbolçunu UEFA-ya sifariş etdi - RƏSMİ

Çempionlar Liqası

31-07-2022, 15:0

"Qarabağ" 26 futbolçu sifariş etdi

Avropa Liqası

2-09-2022, 22:0

"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini təqdim etdi

Premyer-liqa

4-02-2023, 12:0

Premyer Liqa: "Kəpəz" və "Qarabağ"ın heyətləri məlum oldu

Premyer-liqa

6-02-2023, 17:0

Premyer Liqa: “Sabah” və “Səbail” ilk “11-liy”i açıqlayıblar

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 177
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə