• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Burada yalnız oyundan öncə məşq etməyimizə icazə verirlər" - Tərlan Əhmədov

Premyer-liqa

4-02-2023, 17:0

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 21-ci turunda “Qarabağ”la oyundan (1:1) sonra mətbuat konfransı keçirib.

Football-plus.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini açıqlayıb:

“Hər iki komandanın ifasında maraqlı oyuna şahidlik etdik. Rəqib topa daha çox nəzarət edirdi. Biz isə çalışırdıq ki, əks-hücumda rəqibi tutaq. Buna da epizodlarla nail olurduq. Ümumi götürkdükdə, komandamın intizamlı, mübariz oyunundan razı qaldım. Son qarşılaşmalarda göstərdiyimiz oyuna görə bəlkə də turnir cədvəlində layiq olduğumuz yerdə deyilik. Amma həyatda çətin anlar olur. Bugünkü oyunda bir daha sübut olundu ki, komanda nə qədər çox inkişaf edir, nə qədər istəklidir. Qarşıya qoyulan məqsədə çatmaq üçün futbolçular əllərindən gələni edirlər. Biz çalışırıq ki, mövqeyimizi yaxşılaşdıraq. Bu gün qış fasiləsindən sonrakı 2 oyundan daha əzmkar çıxış etdik. Bunun da nəticəsində güclü rəqibdən 1 xal aldıq. Gəncəli azarkeşləri sevindirdiyimiz üçün biz də sevinirik”.

Əhmədov “Qarabağ”dan alınan 1 xalın növbəti turlarda komandası üçün motivasiya olacağını qeyd edib:

“Həyatda mümkünsüz heç nə yoxdur. Bu gün özümüzdən qat-qat güclü rəqibdən xal aldıq. “Qarabağ”ın gücü hər kəsə bəllidir. İstər büdcə, istər digər məqamlara görə rəqiblə müqayisə oluna bilmərik. “Qarabağ”ın ehtiyatdan oyuna qoşulan futbolçularını görəndə belə anlayırsan ki, 2 komanda arasındakı fərq çox böyükdür. Buna baxmayaraq, əzmkarlıqla 1 xal qazana bildik. Düşünürəm ki, bu gün qazanılan 1 xal növbəti oyunlar üçün bizi daha motivasiya verəcək”.

“Kəpəz”in çalışdırıcısı komandasının iddialı rəqiblərə qarşı daha inamlı təsir bağışlaması fikrinə belə münasibət bildirib:

“Komandanın stabil oyun sərgiləməsi üçün zaman lazımdır. Bu gün elə bir zamanımız yoxdur. Amma çalışırıq ki, qısa zamanda müəyyən inkişafa nail olaq. Burda futbolçulardan da çox şey asılıdır. Çünki “Qarabağ”, “Neftçi” kimi iddialı kollektivlərə qarşı futbolçu özü özünü motivasiya edir. Nisbətən zəif rəqibərlə oyunda isə bizim üzərimizə daha çox yük düşür. Ümumi götürdükdə, komandamızda yüksəliş var. Üstəlik, yeni gələn futbolçuların tam adaptasiya olması üçün zamana ehtiyac var. Müdafiədə bu gün müəyyən dəyişikliklər etmişdik. Yeni kollektivdə birdən birə hər şeyi qaydasına salmaq olmur. Güclü rəqiblərə qarşı daha yaxşı motivasiya olmaq tendensiyası bütün dünyada var. Bəzən görürük İngiltərədə hansısa dördüncü divizion komandası iddialı rəqibi kubokda mübarizədən kənarlaşdırır”.

Əhmədov son günlərdə “Kəpəz”in futbolçularının mətbuata danışmamasının Əfran İsmayılov, Rauf Əliyevin qalmaqallı açıqlamaları ilə bağlı olmadığını söyləyib:

“Mətbuat katibimiz burdadır. Bununla bağlı sualı mətbuat katibinin cavablandırması daha yaxşı olar. Amma onu deyə bilərəm ki, biz futbolçuların mətbuata danışmasının əleyhinə deyilik. Sadəcə klubun mətbuat katibinin iştirakı, yaxud icazəsi ilə bu məsələ həllini tapa bilər”.

Tərlan Əhmədov bugünkü görüşdə etdiyi qapıçı dəyişikliyinə belə aydınlıq gətirib:

“Orxan Sadıqlının kredit borcunun olub-olmamasının bizə aidiyyəti yoxdur. Bu barədə mətbuatda yazılanlardan xəbərim var. Amma yazırlar da, neyləyək. İş gedən yerdə belə söhbətlər olur. Bir daha deyirəm ki, o, xəstə olduğu üçün Antalya toplanışında iştirak edə bilmədi. Yaxşı ki heç aparmamışdıq da. Çünki Antalyada bir çox futbolçumuz qripə yoluxmuşdu. Məhz bu səbəbdən də Sadıqlı bir müddət ehtiyatda qaldı. Lakin komandamızda 3 qapıçı var və mən hər birinə güvənirəm. Mümkündür ki, 2-3 turdan bir qapıçı dəyişikliyi olsun. Biz heç bir futbolçumuzu itirmək istəmirik. Hər birinin də oyun praktikası qazanması üçün çalışırıq. Qarşıda hələ 15 oyunumuz var”.

Gəncə klubunun baş məşqçisi komandasının üzləşdiyi meydança problemindən də danışıb:

“Bəzən mətbuatda yazırlar ki, “Kəpəz” həmişə bu meydançada məşq edir. Əslində belə deyil. Biz burada yalnız oyundan 1 gün öncə məşq edirik. Qalan vaxtlarda süni ot örtüyündə hazırlıq keçirik. Bu da bizim üçün müəyyən problem yaradır. Süni meydanda keyfiyyətini itirir. Demək olar ki, bu stadion tam “Kəpəz” klubuna aid deyil. Çünki dediyim kimi, burada yalnız oyundan öncə məşq etməyimizə icazə verirlər. Ona görə də hiss edirəm ki, futbolçular süni qazondan təbii ot örtüyünə keçəndə problem yaşayırlar. Üstəlik, burdakı qazon düz olsa da, nisbətən yumşaqdır. Bu da istər-istəməz problem yaradır, futbolçular tez yorulurlar. Mənə deyilənə görə, yeni salınmış məşq meydançasında martın sonlarından hazırlıq keçə biləcəyik”.

Sonda Əhmədov növbəti turda “Turan Tovuz”a qarşı keçərəcəkləyi oyunla bağlı sualı cavablandırıb:

“Qarşıda hələ bir həftəmiz var. Gözləntim odur ki, “Turan Tovuz”la oyundan qələbə ilə ayrılaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Necə olacağını isə zaman göstərəcək”,

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-11-2022, 16:0

"Dəyişiklik etməyə çətinlik çəkirik" - Tərlan Əhmədov

Yığma

9-10-2022, 14:0

"Oyundan-oyuna daha yaxşı olacağıq" - Millimizin futzalçısı

Premyer-liqa / Manşet

28-11-2022, 21:0

"Qazanılan hər bir xal çox dəyərlidi" - Rəşad Sadıqov

Yığma

7-06-2022, 01:0

"Komandanın oyunundan çox razı qaldım" - Canni de Byazi

Yığma

17-05-2022, 12:0

"90 dəqiqə rəqibi təzyiq altında saxladıq" - Elxan Abdullayev

Aktual
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
Son xəbərlər
  • Bu gün, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Bu gün, 22:39
    “Barselona” inadından dönmür
  • Bu gün, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Bu gün, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Bu gün, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Bu gün, 21:30
    "Turan Tovuz" qalib gəldi, "Neftçi" Zirədə xal itirdi - YENİLƏNİB
  • Bu gün, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Bu gün, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Bu gün, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Bu gün, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Bu gün, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Bu gün, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Bu gün, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
  • Bu gün, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Bu gün, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Bu gün, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Bu gün, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Bu gün, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
  • Bu gün, 15:51
    "Araz-Naxçıvan" - "Turnəan Tovuz": START HEYƏTLƏRİ
  • Bu gün, 15:20
    “Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL
  • Bu gün, 14:59
    “Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
  • Bu gün, 14:43
    Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında
  • Bu gün, 14:33
    “Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
  • Bu gün, 14:08
    “Dinamo” da xal itirdi, “Şaxtyor” da - İCMAL
  • Bu gün, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Bu gün, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Bu gün, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Bu gün, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Bu gün, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Bu gün, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Bu gün, 11:39
    AFFA-da növbəti seminar
  • Bu gün, 11:12
    Mahiri bu gün start heyətində görəcəyik?
  • Bu gün, 10:55
    Bu gün 1/4 finalın növbəti iki matçı keçiriləcək - ABL
  • Bu gün, 10:47
    1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
Daha çox
Oxunub: 206
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 126
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 116
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 113
Qurban Qurbanov təslim oldu… - azarkeşlər bu cür sözlər eşitmək istəmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə