Bolqarıstan yığmasını aparan avtobus qəzaya uğradı

11.06.2022 11:12 380
Dünya futbolu
Millətlər Liqasının Gürcüstanla oyunu üçün bu ölkəyə gələn Bolqarıstan yığması arzuolunmaz vəziyyətə düşüb.

"Football-plus.az" xəbər verir ki, milli komandanı Tbilisidəki otelə aparan avtobuslardan biri dünən axşam saatlarında qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi qəzaya səbəb olub. Nəticədə yığmanın oyunçusu Todor Nedelev aldığı xəsarətlərə görə xəstəxanaya aparılıb.