"Zirə" rəsmisi: "Çox vaxt bunu gizli edirik"

28.01.2023 18:29 481
Maraqlı / Manşet
"Zirə" - "Sumqayıt" matçında meydan sahibləri hissənin sonunda maraqlı jestlə diqqəti çəkdi.

Zirə qəsəbəsindəki 120 saylı məktəbin şagirdləri "Breyn-rinq"də 1-ci olduqları üçün mükafatlandırıldı. "Football-plus.az" saytı olaraq bu jestlə bağlı "Zirə"nin mətbuat katibi Elmar Abdullazadənin fikrini öyrəndik:

"Zaman-zaman istedadlı şagirdləri, gəncləri diqqətdə saxlayır, təltif edirik. Reklamı sevmədiyimizdən çox vaxt bunu gizli edirik. 120 saylı məktəbin şagirdləri yanvarın əvvəlində "Breyn-rinq" yarışında birinci olublar. Sadəcə, həmin vaxt Türkiyədə toplanışda olduğumuzdan şagirdləri təltif etmək alınmamışdı. Ona görə bunu "Sumqayıt"la matçın fasiləsində həyata keçirdik".


ABDULLA İSMAYILOĞLU