Rusiya premyer-liqasında hazırda fasilədi, komandalar yaşıl meydana bir də martın əvvəlində dönəcək.
Football-plus.az xəbər verir ki, Elitada qalması sual altında olanlardan biri də “Ximki”di. Azərbaycanlı Tufan Saqıqovun sponsorluq etdiyi komanda 12 xalla sonuncudan əvvəlki – 15-ci pillədə qərarlaşıb. “Sport-Ekspress”in əməkdaşı soydaşımıza maraqlı sualla müraciət edib:
- Geniş yayılmış bir fikir var ki, “Ximki”də baş məşqçinin çalışma müddəti onun oğlunuzu heyətə salıb-salmamasından asılıdı. Sergey Yuranın da bu üzdən postunu itirdiyi deyilir.
- Bu tam cəfəngiyyatdı! “Ximki”də çoxlu futbolçu var. İlya Sadıqov heyətdə olanda da komanda uduzurdu, olmayanda da. Yurana gəlincə, görünür, o, özünü dahi sayır. Ancaq nədənsə indiyə qədər komanda tapmayıb...