Bundesliqada "əcaib" tur

25.01.2023 11:58 212
Dünya futbolu
Bundesliqada bu tur bəzi “əcaib” hesablar qeydə alındı.

Məsələn, “Köln”ün “Verder”ə 7 qol vuracağını az adam gözləyərdi.

Football-plus.az xəbər verir ki, “Keçilər” elitada sonuncu dəfə bir oyunda 7 qolu 1983-ün oktyabrında - “Ayntraxt”la ev matçında (7:0) vurmuşdular.

Komandanın bundesliqa matçında bir hissəyə 5 qol vurmasına isə daha öncə yalnız bir dəfə rast gəlinmişdi. Bu, 1977-nin mayında “Bohum”la ev oyununda (6:1) baş vermişdi. “Verder” isə buna qədər elitada heç vaxt bir hissədə 5 top buraxmamışdı!