• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pikenin liqasında kimlər var?

Dünya futbolu

15-01-2023, 22:0

2022-ci ilin son günlərində Xerard Pike ilə bağlı maraqlı xəbər yayıldı.

Xəbərdə “Barselona”nın və İspaniya millisinin sabiq müdafiəçisinin futbolçu karyerasını bərpa etməyə yaxın olduğu bildirilirdi. Yerli mənbələr onun sahibi olduğu “Andorra” klubunda oynamaq istədiyini xəbər vermişdi. Məlumatda bu komandanın mübarizə apardığı İspaniyanın 2-ci divizionunun maliyyə qaydalarının Pikenin yaşıl meydana qayıtmasına mane ola biləcəyi də qeyd edilmişdi.

Xatırladaq ki, 35 yaşlı Pike 2022-ci ilin payızında Kataloniya klubunda oynamaqdan imtina etdiyini açıqlamışdı. Futbolçu sonuncu dəfə doğma komandasının formasını La Liqanın “Osasuna” ilə oyununda geymişdi. Məlumunuz olsun ki, “Barselona”nın yetirməsi olan Xerard bu komanda ilə 28 kubok qazanıb və göy-qırmızı formada bütün turnirlərdə ümumilikdə 616 oyuna çıxıb.

Pike yeni liqa yaradıb
Amma çox keçmədən əsl həqiqət ortaya çıxıb. Sən demə, Pike İspaniyada medialiqa təsis edib. Bu ideya haqda ilk xəbər ötən ilin noyabrında - məşhur futbolçu peşəkar karyerasını başa vurduğunu bəyan edəndən sonra yayılmışdı. Xerard tanınmış bloger İbay Lyanosun (onun “Twitch”də 12 milyon izləyicisi var) dəstəyi ilə turnir təşkil etmək istəyini dilə gətirmişdi.
Qeyd edək ki, İbayla Xerard arasında münasibətlər bir neçə il əvvəl qurulub. Lyanosun Lionel Messi, Tibo Kurtua, Fernando Alonso və digər məşhur idmançılarla da tanışlığı var. İbayın “Real”ın azarkeşi olduğunu da bildirək. Amma bu amil onun “Barselona”nın əfsanəsi ilə birgə layihədə iştirakına mane olmur.

Krallar Liqası necə keçirilir?
Yeni layihə rəsmən Kings League (Krallar Liqası) adlandırılıb. Turnirdə 12 komanda iştirak edir. Oyunçular komandalara dekabrın sonunda keçirilən draft prinsipi ilə bölünüblər. Matçlar 7x7 formatında keçirilir.
Yeni liqanın bir sıra özünəməxsus xüsusiyyətləri var. Məsələn, matçlarda hər hissə futboldakı yox, su polosunda olduğu kimi başlayır: komandalar oyuna qapı xəttindən start verir və topa rəqibdən daha tez sahib olmağa çalışırlar. Hissə 20 dəqiqə çəkir. Topun meydandan kənara çıxmasına görə itirilən vaxt hissənin əsas vaxtına əlavə olunmur. Əlbəttə, əlavə vaxt da nəzərdə tutulub. Krallar Liqasında sarı vərəqə alan oyunçu meydanı 2 dəqiqəliyə tərk edir. Qırmızı vərəqə ilə cəzalanan isə matçın sonuna qədər kənarda qalır. Amma 5 dəqiqədən sonra onu oyundaşlarından biri əvəzləyə bilir. Bu, Rusiya medialiqasında bir müddət əvvəl tətbiq edilən narıncı vərəqə qaydasına çox bənzəyir.
Oyundan sonrakı penaltilər hokkey bullitlərindəki kimi yerinə yetirilir. VAR (hakimə videoköməkçi) sisteminə ehtiyac duyulanda müraciət olunur. Hər komandaya oyun ərzində yalnız bir dəfə bu sistemin köməyindən istifadə etmək şansı verilir. VAR-dan istifadə edən komanda istədiyi nəticəni almasa, bir daha belə təftiş üçün müraciət edə bilmir. VAR hakimin səhvini sübut edərsə, bu halda komanda videoköməkçinin xidmətindən daha bir dəfə yararlanmaq hüququ qazanır. Hakimlər meydana sinələrinə bərkidilən kameralarla çıxırlar. Gərgin məqamlarda onların sayəsində çəkilən videogörüntülər yayına düşür.
Ehtiyat oyunçular skamyasının yaxınlığında böyük ekranlar quraşdırılır, liqanın və klubların bossları futbolçularla ünsiyyət saxlaya və matç zamanı onlara məsləhətlər verə bilirlər. Qərarların qəbulunda azarkeşlərə də şans verilib: onlar bu və ya başqa yeniliyin qəbulu üçün səsvermə hüququna malikdilər.

Məşhurlar bu liqaya toplaşıblar
İspaniya medialiqasında çıxış edən məşhur futbolçulardan danışmazdan əvvəl draftla bağlı maraqlı detalı qeyd edək: bu prosesdə arzulayan hər kəsin iştirak imkanı olub. Bunun üçün iddiaçının futbol səviyyəsini təsdiqləməsi və baxışdan keçməsi tələb olunub: oyunçunun məxsus olduğu keyfiyyətlər hər hansı klubun rəhbərliyini qane edibsə, heyətə cəlb olunub. Klublar zədə alan əsas futbolçularının yerinə yeni oyunçular almaq hüququna malikdi.
İndi çoxları üçün daha maraqlı olan məqama gəlib çatdıq. Pikenin prezidenti olduğu liqada futbol ulduzlarını görmək mümkündü. Sözsüz, onlar arasında Serxio Aquero ilə İker Kasilyasın adı ilk növbədə çəkilməlidi. Amma təəssüf ki, onlar hələ ki turnirdə klub prezidenti kimi qeydiyyatdan keçiblər. Meydana müntəzəm çıxanlar sırasında isə 7 nəfər diqqəti xüsusilə cəlb edir. Onlarla qısaca tanış olaq.
1. Xavyer Ernandes - “Mançester Yunayted”, “Real” və Meksika yığmasının sabiq hücumçusu.
2. Xuan Kapdevila - “Deportivo” və “Vilyarreal”ın sabiq müdafiəçisi, İspaniya yığması ilə dünya və Avropa çempionu.
3. Xonatan Soriano - “Zaltsburq” və “Espanyol”un sabiq hücumçusu.
4. Serxio Qarsiya – “Barselona”nın “Espanyol”, “Betis” və “Saraqosa”da çıxış etmiş yetirməsi, İspaniya yığmasının sabiq hücumçusu.
5. Raul Tamudo - İspaniya yığmasının “Espanyol”dakı çıxışı ilə tanınan sabiq hücumçusu.
6. Ruben de la Red – İspaniya yığmasının karyerasını ürəyindəki problemə görə 25 yaşında başa vuran sabiq yarımmüdafiəçisi.
7. Karles Planas - “Barselona”nın karyerasının böyük hissəsini “Selta”da keçirən yetirməsi, İspaniyanın gənclərdən ibarət yığmasının sabiq müdafiəçisi.
Sonda bunu da qeyd etmək zəruridi. Medialiqaların inkişaf tempini və getdikcə artan populyarlığını nəzərə alsaq, yaxın gələcəkdə analoji yarışların başqa ölkələrdə də təşkil olunacağı istisna edilmir.

Yeri gəlmişkən...
Pike Xavyer Tebasın tənqidi fikrini cavabsız qoymayıb. O, Krallar Liqasını “sirk” adlandıran İspaniya La Liqasının prezidentinə belə cavab verib: “Kings League” sirkinə xoş gəlmisiz! Gələn bazar günü partlayacaq bombanı gözləyin. Bu, böyük partlayış olacaq. Başlama vaxtını qeyd edin”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2022, 18:0

Pike üçün əlamətdar oyun

Dünya futbolu

28-09-2022, 15:0

Xavi ilə Pike arasında gərginlik

Dünya futbolu

17-11-2022, 19:0

Levandovski ilə Pike ağır cəza aldılar

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Bu gün, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Bu gün, 21:44
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Bu gün, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Bu gün, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
Daha çox
Oxunub: 210
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə