Martenisdən mühüm qərar

28.12.2022 17:38 283
Dünya futbolu
Lautaro Martines gələcək karyerası ilə bağlı qərarını verib.

Football-plus.az xəbər verir ki, argentinalı hücumçu "İnter"də qalacaq. 25 yaşlı futbolçu bununla bağlı rəhbərliklə danışıq aparıb. O, başqa kluba keçmək istəmədiyini bildirib.

Qeyd edək ki, Martinesin 2026-ci ilin iyununa kimi "İnter"lə müqaviləsi var.