Yarımfinalın son cütü bəlli oldu

20.12.2022 21:52 311
Ölkə kuboku / Manşet
Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Football-plus.az xəbər verir ki, bu gün son yarımfinalçılar bəlli olub. "Kəpəz"lə 2:2 hesablı bərabərlik (ilk oyun 2:1) "Turan Tovuz"u növbəti mərhələyə daşıyıb. "Neftçi" isə "Zirə"ni üstələyərək (3:1, ilk oyun 0:1) finalın bir addımlığına yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər matçında "Qəbələ" "Səbail"lə üz-üzə gələcək. Bu mərhələnin oyunları 2023-cü ildə baş tutacaq. İlk qarşılaşmalar aprelin 19-da, cavab görüşləri isə 8 gün sonra keçiriləcək.