Minifutbol üzrə ölkə çempionatında 3-cü turun oyunları başa çatıb.
“Veteran”, “Qalaksi Şuşa” , “Qarabağ”, “Zəfər” və “Birbaşa Bakı” komandaları turu qələbə ilə başa vurublar.
3 turdan sonra “Qarabağ” və “Birbaşa Bakı” komandaları maksimum nəticə ilə turnir cədvəlinin ilk yerlərində qərarlaşıblar. İlk üçlüyü “Veteran” kollektivi tamamlayır.