Çempionatda yeni mövsümə start verildi

29.11.2022 09:17 276
Ölkə futbolu
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib.

Football-plus az xəbər verir ki, 17 komandanın mübarizə apardığı liqanın 1-ci turunda 8 oyun baş tutub.

İlk turdan sonra daha yaxşı top fərqinə sahib olan son çempion “Birbaşa Bakı” komandası ilk pillədə qərarlaşıb. 2-ci yerdə “Veteran”, 3-cü pillədə isə “Bakı” kollektivi qərarlaşıb.

Ölkə çempionatında növbəti turun qarşılaşmaları dekabrın 3-də keçiriləcək.