Fransa millisinin 2 üzvü məşqdə iştirak etmədi

12.12.2022 19:59 291
DÇ 2026
Fransa millisində itkilər baş verib.

Football-plus.az xəbər verir ki, yığmanın iki futbolçusu - Deotşankul Yupamekano və Orelyen Çuameni millinin bu gün keçirilən məşqində iştirak etməyib. Çuameni baldırından zədə alıb və bərpa prosesi keçir. Lakin onun dünya çempionatının yarımfinal oyununda iştirakı şübhə doğurmur. Yupamekano isə boğaz ağrısından şikayətləndiyi üçün məşqçilər korpusu ona istirahət verib.