Namik əməliyyat olundu

10.12.2022 15:36 299
Premyer-liqa
"Sabah"ın yarımmüdafiəçisi Namik Ələskərov qasıq nahiyyəsindəki yırtıqdan əməliyyat olunub.

Football-plus.az xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Həkimlərin rəyinə əsasən, futbolçu təxminən bir ay sonra komanda ilə məşqlərə qoşula biləcək.