UEFA Azərbaycanın 4 klubuna ödəmə etdi

9.12.2022 16:43 303
Premyer-liqa
2021/22 mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edən klublar üçün UEFA tərəfindən ayrılmış əlavə ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Football-plus.az xəbər verir ki, bu məlumatı federasiyanın rəsmi saytı yayıb.

"Şamaxı" və "Sumqayıt"a 25 000, "Neftçi"yə 79 000, "Qarabağ"a isə 17 000 avro ödənilib.

Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.