Noyabrın 22-də keçirilən “Yuta” ilə oyunda zədələnən Kavay Leonard o vaxtdan bəri “Klippers”in 6 oyununu buraxmışdı.
Football-plus.az xəbər verir ki, Los-Anceles klubunun lideri “Şarlott”la oyunda parket üzərinə döndü və dərhal da özünü göstərdi. Məhz ulduz forvardın sona 1,4 saniyə qalmış yerinə yetirdiyi 2 xallaq atış “Klippers”ə qələbə qazandırdı. Leonard bu oyunda 28 dəqiqə meydanda oldu, 16 xal, 6 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qaldı.