DÇ-2022-də fransalı azarkeşlər də təqdirəlayiq addımla yadda qalıblar. Onlar yaponiyalı həmkarların qoyduğu ənənəni davam etdiriblər.
Football-plus.az xəbər verir ki, asiyalı fanatlar qrup mərhələsinin Almaniya (2:1), Kosta Rika (0:1) və İspaniya (2:1) ilə matçlarından sonra tribunaları təmizləmişdilər.
Fransalı tərəfdarlar bu planda yaponlardan geri qalmamamğa çalışıblar. Onlar 1/8 finalın bazar günü keçirilən Fransa - Polşa matçından (3:1) sonra tribunalardakı zibilləri təmizləyiblər. Onların bu hərəkəti “yapon ənənəsi”nin davamı kimi dəyərləndirilib.