• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bakcell Arena"da liderlərin savaşı, Samir Abasovun Gəncə planı - AFİŞA

Premyer-liqa / Manşet

1-12-2022, 19:0

Sabah Misli premyer-liqasının 16-cı turuna start veriləcək.

Football-plus.az xəbər verir ki, həftənin oyunları 3 gündə keçiriləcək. Cümə axşamı “Neftçi” - “Qarabağ” dueli baş tutacaq. Şənbə günü “Qəbələ” “Səbail”i, “”Sabah” “Şamaxı”nı sınağa çəkəcək. Tura bazar günü yekun vurulacaq. “Kəpəz” “Sumqayıt”la, “Zirə” isə “Turan Tovuz”la münasibətlərə aydınlıq gətirəcək.

Misli premyer-liqası
2-ci dövrə, 16-cı tur
2 dekabr
Neftçi - Qarabağ
Cəzalı: yoxdu.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. Bakcell Arena. Saat 21.00.

Azərbaycan derbisi maraqla gözlənilir. Bu görüş premyer-liqanın gələcək taleyinə təsir edə bilər. “Neftçi” ardıcıl 2 turdu ki, qələbə qazanır. “Qarabağ” isə qələbəyə həsrətdi. Buna əsasən deyə bilərik ki, bakılılar yüksələn qrafikdədilər. Ağdamlılar isə vəziyyət o qədər yaxşı deyil. İtkilər baxımından da flaqmanda işlər qaydasındadı. Komandanın heyətində cəzalı yoxdu. Zədəli isə ancaq Voyislav Stankoviçdi. “Qarabağ”da isə 4 zədəli var. Filip Ozobiçlə Marko Veşoviç oyunu buraxacaqlar. Bu, dəqiqdi. Abbas Hüseynovla Marko Yankoviçin isə durumu bəlli deyil. Bütün bunları nəzərə aldıqda “Neftçi”ni oyunun favoriti hesab etmək olar. Lakin “Qarabağ”ın iki bərabər səviyyəli heyəti olduğunu və Qurban Qurbanovun əvəzləmələrinin istənilən zaman oyunun taleyini həll edə biləcəyini unutmayaq. Bu görüş həm də hər iki komandanın 10-cu çempionluğu baxımından önəmlidi. Bu görüşdə qələbə qazanan komanda yubiley qalibiyyət uğrunda iri addım atmış olacaq.



Ümumiyyətlə, bu komandalar Azərbaycan çempionatlarında 88 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 23-də “Neftçi”, 35-də “Qarabağ” qələbə qazanıb. 30 görüş isə heç-heçə başa çatıb. Bu qarşılaşmalarda bakılılar 80, ağdamlılar isə 107 dəfə fərqləniblər.

3 dekabr
Qəbələ - Səbail
Cəzalı: yoxdu.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ. Şəhər stadionu. Saat 14.30.

Hər iki komanda son turlarda qələbəyə həsrətdilər. Bu komandaların mövsümün əvvəlində avrokuboklara iddialı olacaqları deyilirdi. Lakin indi vəziyyət tam fərqlidi. Düzdü, “Qəbələ”nin şansı var. “Qırmızı-qaralar” həm də kubokda yollarına davam edirlər. “Səbail”i də siyahıdan silmək olmaz. Onlar da Azərbaycan kubokunda mübarizəsini davam etdirir. Lakin çempionatda işləri qaydasında getmir. Hər iki komanda bu görüşdə qələbə qazanıb vəziyyəti düzəltmək istəyir. Meydan sahiblərini qarşılaşmanın favoriti hesab etmək olar. Lakin “Səbail”in də qələbə qazanması sensasiya sayılmayacaq.

"Bakcell Arena"da liderlərin savaşı, Samir Abasovun Gəncə planı


Ümumiyyətlə, bu komandalar Azərbaycan çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 10-da “Qəbələ” qələbə qazanıb. 5 qarşılaşmada isə sevinən tərəf bakılılar olub. 5 görüşdə isə qalib müəyyənləşməyib. İndiyə kimi “Qəbələ” 35, “Gəmiçilər” isə 20 qol vurmağı bacarıb.

Sabah - Şamaxı
Cəzalı: yoxdu.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. Bank Respublika Arena. Saat 17.00.

Hər iki komanda yüksələn performans sərgiləyirlər. Bu komandalar 3 turdu ki, uduzmurlar. Qarşılaşmada favorit sözsüz ki, “Sabah”dı. “Bayquşlar” bu mövsüm çempionluq uğrunda mübarizə aparırlar. Lakin “şirlər”in son turlardakı çıxışı alqışa layiqdi. Murad Musayevin komandası Cavid Hüseynov və Vüqar Əsgərlinin birgə rəhbərlik etdiyi kollektivi məğlub etmək potensialındadı.



Ümumiyyətlə, bu komandalar Azərbaycan çempionatlarında 15 dəfə üz-üzə gəliblər. Komandalar hərəyə 5 qələbə qazanıblar. 5 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində isə şamaxılılar öndədi - 16:15.

4 dekabr
Kəpəz - Sumqayıt
Cəzalı: yoxdu.
AFFA nümayəndəsi: Rüfət Əmirov
Gəncə. Şəhər stadionu. Saat 14.30.

Turun ən maraqlı görüşlərindən biri Gəncədə keçiriləcək. “Kəpəz” son turlarda ancaq heç-heçə edib. Tərlan Əhmədovun komandası autsayderlər qrupundan uzaqlaşmaq istəyir. Bu səbəbdən də doğma meydanda “kimyaçılar”ı məğlub etməlidi. Samir Abasovun komandası isə “Qəbələ” ilə heç-heçənin təsadüf olmadığını sübut etməlidi. Bu səbəbdən də öz gücündə olan gəncəliləri səfərdə məğlub etməlidi. Əks-halda Samir Abasovun islahatlarının düzgün olmadığı bəlli olacaq.



Ümumiyyətlə, bu komandalar Azərbaycan çempionatlarında 21 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 8-də “Sumqayıt” qələbə qazanıb. 5 matçda sevinən tərəf “Kəpəz” olub. 8 görüşdə isə qalib müəyyənləşməyib. “Sumqayıt” 28, “sarı-göylər” isə 22 qol vurmağı bacarıb.


Zirə - Turan Tovuz
Cəzalı: yoxdu
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Bakı. Zirə İdman Kompleksinin stadionu. Saat 17.00.

Həftənin son oyununda “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Matçın favoriti bakılılardı. Ümumiyyətlə, “qartallar” avrokuboklara vəsiqə qazanmaq istəyirlərsə, bu görüşdə qələbə qazanıb, rəqiblərindən uzaqlaşmalıdı. “Turan Tovuz” da bu şansı əllərində saxlayıb. Ayxan Abbasovun komandası da qələbə qazanaraq alt pillələrdə qərarlaşan rəqiblərindən uzaqlaşmaq arzusundadı.



Ümumiyyətlə, bu komandalar Azərbaycan çempionatlarında 1 dəfə üz-üzə gəliblər. Bu mövsümün ilk dövrəsində baş tutan oyunda "Zirə" səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Premyer-liqa / Manşet

30-10-2022, 20:0

"Sabah" son dəqiqə qoluna sevindi - YENİLƏNİB

Premyer-liqa

6-08-2022, 23:0

Misli premyer-liqasının 2-ci turunun oyunlarının vaxtı bəlli oldu

Premyer-liqa / Manşet

20-10-2022, 20:0

"Qarabağ"dan böyükhesablı qələbə - YENİLƏNİB

Premyer-liqa

26-08-2022, 17:0

Premyer-liqada 5-ci turun oyun cədvəli açıqlandı

Premyer-liqa / Manşet

7-10-2022, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 217
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 201
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə