"Sabah"da yeni təyinat

22.11.2022 20:12 316
Premyer-liqa
“Sabah” Futbol Akademiyasında yeni müqavilə bağlanıb.

Klubun sabiq futbolçusu Rəşad Eyubov bundan sonra U-19 komandasının köməkçi məşqçi kimi çalışacaq. O, 2018/19 və 2019/20 mövsümlərində “Sabah”ın şərəfini qoruyub.

Eyubov əsas komandanın heyətində 24 oyun keçirib, 3 qol vurub.