 
22-23 oktyabrda Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib. 
U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb. Turnirin ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar.
Medalçıların siyahısını təqdim edirik:
U-15
-48 kq. 
Nuranə Hacızadə - gümüş medal
-52 kq. 
Vüsalə Hacıyeva - qızıl medal 
Aytən Verdiyeva - gümüş medal
Aysun Məmmədova - bürünc medal
U-18
-40 kq.
Məryəm Bayramzadə - qızıl medal
-52 kq.  
Aytən Verdiyeva - qızıl medal 
Vüsalə Hacıyeva - gümüş medal 
-57 kq.
Fidan Qasımova - qızıl medal