Azərbaycan üzgüçüləri Dünya Kuboku yarışlarında mübarizə aparacaq

22.10.2022 10:54 336
İdman
Azərbaycan yığma komandasının üzvləri 21-23 oktyabr tarixlərində Almaniyada keçirilən Üzgüçülük üzrə Dünya Kuboku yarışlarına qatılıblar.

Football-plus.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb. Berlin şəhərində təşkil olunan yarışda 57 ölkədən 600-dən çox idmançı öz güclərinin sınayacaqlar. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun rəhbərliyi altında ölkəmizi Dünya Kubokunda Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah təmsil edəcək. Çalışdırıcının sözlərinə görə bu yarışa dünyanın tanınmış top atletləri qatılıb:

“Dünya Kuboku yarışlarına dünyanın ən yaxşı idmançıları öz güclərini sınayırlar. Azərbaycan da bu mötəbər turnirdə iki üzgüçü ilə təmsil olunur. Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah bu il ən yüksək nəticələr göstərən idmanşılarımız olduğundan bu yarışlarda onlar mübarizə aparacaqlar. Belə güclü idmançıların qatıldığı yarışlarda iştirak etmək bizim üzgüçülər üçün çox böyük təcrübədir və gələcək planlaşdırma işlərində biz məşqçilər üçün vacibdi”.