Misli premyer-liqasının 11-ci turuna start verilib.
İlk oyun günündə "Qarabağ" "Turan Tovuz"u qəbul edir. Hazırda davam edən görüşün birinci yarısında ağdamlıların heyətində ciddi itki baş verib. Bədavi Hüseynov zədələnib. O, matça davam edə bilməyib və yerini Kevin Medinaya verib.