Şeyx Mənsur rusiyalı milyarderlərə kömək edib?

13.10.2022 11:54 349
Dünya futbolu
“Mançester Siti”nin sahibi ilə bağlı sensasiyalı məlumat yayılıb.

Football-plus.az xəbər verir ki, Şeyx Mənsur “Çelsi”nin keçmiş sahibi Roman Abramoviç və digər rusiyalı milyarderlərə sanksiyalardan yayınmaqda yardım etməkdə ittiham olunur.

Bu məlumatı “The Telegraph” yayıb. İngiltərə qəzeti artıq vəkillərin Xarici İşlər Nazirliyinə Şeyx Mənsurun sanksiyalardan yayınmada rolunun araşdırılması üçün müraciət etdiklərini də xəbər verib. İddiaya görə, Rusiyanın yüksək vəzifəli biznesmenləri bahalı mallarının Birləşmiş Ərəb Əmirliklərinə daşınmasında kömək üçün tez-tez Şeyx Mənsurla əlaqə saxlayıblar.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlidən Şeyx Mənsurun hansısa qanunsuz əməliyyata əl atıb-atmadığını və onun özünə sanksiya tətbiq edilib-edilmədiyini araşdırmaq xahiş olunub.